Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Razim Məmmədov 9 aylıq müavinini işdən qovdu

Razim Məmmədov 9 aylıq müavinini işdən qovdu

 



Xətai  Rayon  İcra hakimiyyəti başçısının müavini Teymur Əzizov işdən qovulub.



Milletinsesi.az-a etibarlı mənbədən verilən məlumata görə, vəzifəsində bir  ili  tamam olmayan müavin Xətai rayonunda yerləşən “Ağ Şəhər”də  silinən  milyonlarla  dövlət vəsaitinin  mənimsənilməsinə  görə vəzifəsi ilə vidalaşmalı olub.



Məlumata görə, Xətai İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tərəfindən  “ Ağ Şəhər”də sökülən evlərə görə ayrılan pulların vətəndaşlara verilməsinə təhkim olunan yeni müavin vətəndaşlarla "iş birliyi"nə girib yaşayış sahələrini  faktiki olandan dəfələrlə çox göstərərək milyonlarla dövlət vəsaitinin  mənimsənilməsində  günahlandırılıb.  



Razim Məmmədov son keçirdiyi iclasda Teymuru sərt tənqid edərək danlayıb və ondan  mənimsədiyi pulların hara xərclədiyini soruşub. Teymur isə cavabında “əgər o pulların on faizini mən yemişəmsə, 90 faizini sizə vermişəm” deyib.  Razim Məmmədov müavinin  bu cavabından hiddətlənərək,  ərizəsini  dərhal yazıb işdən çıxmasını tələb edib. Əvvəl buna qarşı gələn Teymur Əzizov  sonradan fövqəlbaşçıya etiraz etməkdə acizlik göstərərək, ərizəsini yazıb. 



Xatırladaq ki, “Müsavat.com” Teymur  Əzizov  vəzifəyə təyin olunmamışdan  əvvəl,  yəni  27 fevral 2017-ci il  tarixindəki  məqaləsində onun Razim Məmmədova müavin keçmək üçün 200 min rüşvət verməsi haqda məlumat vermişdi.



Məqalədə  bildirlir ki, ötən ilin payızında Xətai RİH başçısı Razim Məmmədov özünün 1-ci müavini Rafiq Quliyevi işdən azad etdikdən sonra, onun yerinə İH-nın hüquq şöbəsinin müdirini Teymur Əzizovu götürmək istəyib. 



İddiaya görə, bunun üçün şöbə müdiri 200 min manatından keçməli olub. Mənbədə  bildirilir ki, ki, bu məbləği T.Əzizovun dayısı düzəldib. Onun dayısının böyük maddi imkanlara malik olduğu deyilir. Lakin ölkə rəhbərliyi Rafiq Quliyevi işinə bərpa etdikdən və icra başçısına barmaq silkələyib, təpindikdən sonra, T.Əzizovun adamları Razim Məmmədovdan pullarını geri istəyib. O, qarşı tərəfə bir az səbirli olmağı tövsiyə edib və bu ilin mart ayında dediyinə əməl edərək, onu müavin təyin edib.



Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətində işdən qovulmalar, töhmətlə işdənqovulanların yenidən vəzifəyə gətirilməsi və digər qeyri-adi məsələlər artıq icra başçısının hobbisinə çevrilib. Teymur Əzizov bu vəzifəyə 2017-ci ilin mart ayında təyin olunmuşdu və bu vəzifəni 9 aydan çox icra etmək ona qismət olmadı.Onun bir neçə aydan sonra yenidən vəzifəyə qayıtması artıq heç kəsə təəccüblü görünməyəcək.



Teqlər:
Bu xəbər cəmi 5265 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR