Xəbər veridiyimiz kimi, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili Ukrayna Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
"Qafqazinfo" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Odessanın keçmiş qubernatorunun tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin yerləşdiyi binanın ətrafına toplaşırlar.
Binanın həyətinə giriş avtobusla bağlanılıb. Əraziyə milli qvardiyanın əsgərləri gətirilib.
Qeyd edək ki, Saakaşvili dekabrın 8-də Ukrayna Milli Polis departamentlərindən birinin rəhbəri olan polkovnik Yuriy Pokinborodinin evində saxlanılın.