Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İcra Hakimiyyətinin yalanı ifşa oldu- "Məhkəməsiz sökürlər"/Suraxanıdan reportaj

İcra Hakimiyyətinin yalanı ifşa oldu-


Siz gərək bizdən münasibət öyrənmədən yazmazdınız. Yataqxana sakinlərindən hansı onlara təklif edilən məbləğdən narazıdırsa, məhkəməyə müraciət edə bilər. Məhkəmə hansı qərarı çıxarsa, dövlət orqanları da onu yerinə yetirməyə hazırdır.



Bu sözləri Milletinsesi.az-a Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov Hövsan qəsəbəsi, Rüfət Allahverdiyev küçəsi 24-də yerləşən yataqxana sakinlərinə ödənilən məbləğlə bağlı yaranmış problemə aydınlıq gətirərkən deyib.



Şöbə müdirinin sözlərinə görə, yataqxanada məskunlaşan 71 ailədən artıq 51-i evlərini tərk edib: “Sökülməsi nəzərdə tutulan qəzalı vəziyyətdə olan yataqxanada 71 ailə yaşayır və Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, həmin ailələr üçün Maliyyə Nazirliyindən vəsait ayrılıb. Bu gün 51 ailə vəsaiti alıb və evlərini tərk ediblər. Ancaq digər ailələr narazılıq edir və evlərini tərk etmirlər. Evlərindən çıxmayan sakinlər bildirir ki, bir mənzildə qızı da, oğlu da yaşadığı üçün, onlara ayrı ev verilməli və ya konpensasiya ödənməlidir”.



B.Barxudarov bildirib ki, bu məsələ ancaq məhkəmə yolu ilə həll edilə bilər: “Bu vəsaitin ödənmə məsələsinə nə rayon İcra Hakimiyyəti, nə də Maliyyə Nazirliyi hər hansı dəyişiklik edə bilər. Bu məsələ ancaq məhkəmə yolu ilə həll oluna bilər. Evlərini tərk etmək istəməyən sakinlərə bildirmişik ki, məhkəməyə müraciət etsinlər. Məhkəmə hansı qərarı qəbul edəcəksə, dövlət orqanları da həmin qərarı icra edəcək. Bu məsələnin sivil qaydası belədir”.



Şöbə müdiri bildirib ki, yataqxana sakinlərinin hamısı binanı tərk etmədiyi üçün söküntü işləri dayanıb: “Yataqxana binasında söküntü işlərinin başlaması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Bina onsuz da qəzalı vəziyyətdədir. Orada sakinlər yaşadığı halda necə söküntü aparıla bilər. Biz sakinlərə də dəfələrlə yazılı formada müraciət etmişik ki, təhlükəli vəziyyətdə yaşayırsız”.



Milletinsesi.az olaraq, məsələni tam obyektiv araşdırmaq üçün qeyd olunan ünvana yollandıq. Sakinlər bizi yataqxananın həyətində qarşıladılar.Qəzalı binada çəkiliş apararkən Barxudar müəllimin dediyinin  tam əksi ilə qarşılaşdıq.



İcra rəsmisinin dediyinə görə, binada 71 ailə yaşayır. Hər bir ailəyə 35 min manat vəsait ayrılması nəzərdə tutulub. Lakin bina 4 mərtəbə və 100 otaqdan ibarətdir. Yataqxana əsasən  birotaqlı mənzillərdən ibarət olduğu üçün bu otaqlılarda yalnız  kiçik ailələr, yan-yana yerləşən ikiotaqlı kimi görünən otaqlarda isə böyük ailələr məskunlaşıb. İcra strukturları həm bir otaqlı, həm də ikiotalqı mənzillərdə məskunlaşan sakinlərə eyni məbləği ödəyir. Bu da sakinlərin haqlı narazılığına səbəb olub.



Daha dəhşətlisi, tam qəzalı vəziyyətdə olan binada sakinlərin yaşayışı ola-ola söküntü işlərinə yuxarı mərtəbələrdən başlanılmasıdır. Üçüncü mərtəbədən sökülən daş və taxta parçaları binanın pilləkənləri olmuş hissəsindən (hazırda pilləkənlər uçulub, yox vəziyyətindədir) birinci mərtəbəyə tullanılır. Yaranan səs-küy və toz-tozanaq orada yaşayan insanların həyatını cəhənnəmə çevirib. Dar dəhlizlərdə insanlara sürtünə-sürtünə  daşınan əşyalar və tikinti materialları vəziyyəti daha  da acınacaqlı edib. Körpə uşaqların, xəstələrin və yaşlıların ah-naləsi isə iş icraçılarında vicdan hissini oyatmır, əksinə, onlar heç nə olmamış kimi işlərini davam etdirirlər.



Yuxarı mərtəbədə sökünütü aparan iş icraçısından qəzalı vəziyyətdə olan binadan sakinləri çıxarmamış niyə iş aparırsız? Baş verən təhlükələrə görə  kim cavab verəcək? deyə soruşduq.



İş icraçısı: "Bizlik deyil, onu İcra Hakimiyyətindən soruşun. Bizə nə deyirlər, onu da edirik".



Söküntü aparılan zaman, münasibət öyrənmək üçün  İcra Hakimiyyətinin 012-452-21-239(daxili nömrə 142)nömrəsi ilə dəfələrlə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz alınmadı.



Bina sakinlərin dediyinə görə, "İcra Hakimiyyəti yataqxananı təchiz edən su və işıq xətlərini də kəsdirib. Bununla kifayətlənməyən "icra" binananın  həyətində olan obyeklərin də  işıqlarını kəsdirərək, ailələri çörəksiz qoymuşdur. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu yolla insanları onların diktə etdiyi şərtlərə razı salmağa məcbur etmək istəyir".



Yataqxanada özəl mülkiyyət sahibi olan digər sakin bildirdi ki, “qardaşımla mənim hər ikimizin əlimizdə “Çıxarışmız” var, lakin İcra Hakimiyyəti bizim birimizə pul verir, birimizə vermir. Biz iki ailə 35 manata nə ala bilərik? Bizə deyirlər ki, gedin buna oxşar yataqxanalarda özünüzə yer tapın. Heç yataqxanalarda da bu məbləğə iki otaq almaq mümkün deyil”.



Xatırladaq ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Allahverdiyev küçəsi 24-də ünvanında yerləşən yataqxana qəzalı  vəziyyətdə olduğu üçün sökülmə qərarı alınıb.



Yataqxana sakinləri Millətinsəsi.az saytına bildirmişdilər ki, İcra Hakimiyyəti yataqxanada yaşayan hər bir ailəyə 35 min manat verərək, evdən çıxarır. Bəzi sakinlər isə məbləğin az olduğunu əsas gətirərək mənzillərini tərk etmirlər. Sakinlər bildirib ki, İcra Hakimiyyəti mənzillərin bir və ya iki otaqlı olmasına heç bir əhəmiyyət vermir, bir otaqlı mənzildə olanlara da, ikiotaqlı mənzildə məskunlaşanlara da 35 min manat ödənilir.



Yalnız günortadan sonra  problemlə bağlı münasibət öyrənmək üçün Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri B.Barxudarovla əlaqə saxlaya bildik:



Barxudar müəllim sizin dedikləriniz doğru olmadı. Narazı sakinlər məhkəməyə müraciət etsələr də, mübahisələnən məsələ haqqında məhkəmə qərar çıxarmamış İcra Hakimiyyəti qəzalı vəziyyətdə olan yataqxanada yaşayış ola-ola sökünütü işləri aparır. Bu həm təhlükəli, həm də ədalətsizlikdir. Buna sizin münasibətiniz necədir? deyə soruşduq.



"Ola bilməz, mənim xəbərim yoxdur, araşdırıb məlumat verərik" deyə  icra rəsmisi bildirdi və  əlaqəni kəsdi.



Qeyd edək ki, icra strukturları Azərbaycan Konstitusiyasın 12-ci maddəsinin birinci və ikinci bəndlərini, 13 maddəsinin birinci bəndini pozaraq, vətəndaşları zorakı yolla istəklərinə tabe etdirməyə çalışır.



Bu problemi obyektiv araşdırmaq məqsədi ilə adı çəkilən ünvanda videoçəkiliş hazırladıq. Həmin videoreportajı təqdim edirik:


Teqlər:
Bu xəbər cəmi 2825 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR