Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarov bir neçə direktoru işdən çıxardı

Mikayıl Cabbarov bir neçə direktoru işdən çıxardı
Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhərində yerləşən 3 təhsil müəssisəsində ciddi faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb.


“Yenimeydan.info” nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən  245 nömrəli tam orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin çoxsaylı şikayətləri daxil olub, uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. 13 iyun 2013-cü il tarixdən məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib. Hazırda qeyd olunan təhsil müəssisəsində aparılan araşdırmalar davam etdirilir.



Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin direktoru K.Hacıyev və 11 nömrəli xüsusi internat məktəbin direktoru M.Cəfərova uşaqların sosial-məişət qayğılarına biganə münasibətlərinə, işə məsuliyyətsiz yanaşdıqlarına, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə təhsil nazirinin müvafiq əmri ilə tutduqları vəzifədən azad ediliblər.



Təhsil Nazirliyi bildirir ki, gələcəkdə işdə ciddi nöqsanlara yol vermiş şəxslərin yalnız intizam deyil, qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçiriləcəkdir. Təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcək.



Müvafiq nöqsanlarla bağlı görülmüş tədbirlərdən təhsil sistemində çalışan hər bir şəxs düzgün nəticə çıxarmalı, qanunvericiliyin tələblərinə riayət etməlidir.


Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR