Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.Milli Məclisin deputatı Zahid Oruc prezident seçkilərinin vaxtını 7 ay önə çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif edib.Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı səslənən fikirlərə "Ölkə.Az"-da münasibət bildirib:"Prezident seçkiləri ilə bağlı konstitusiyada düzünə, birbaşa göstəriş var. Prezident seçkiləri oktyabr ayının 3-cü həftəsində, yəni, o müddət başa çatdıqdan sonra keçirilməlidir. Ona görə də, məsləhət görərdim bəzi adamlar gedib konstitusiyanı oxusunlar. Bundan əlavə seçki məcəlləsində də qanunda göstərişlər var. İstənilən seçkinin geriyə, qabağa çəkilməsi seçilmiş namizədin fəaliyət müddətinin azaldılması hüququ referendum yolu ilə oluna bilər. Əgər gələn il prezident seçkiləri ilidirsə, üstəlik bir dənədə referendum keçirmək hansı düşüncə tərzindən irəli gəlir başa düşə bilmirəm".S.Novruzov qeyd edib ki, Z.Orucun təklifində heç bir əsaslanma yoxdur:"Konkret olaraq Azərbaycanda 1993-cü ildən başlayaraq hüquqi demokratik dövlətin quruculuğundan və 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunandan sonra bütün seçkilər vaxtında, öz növbəsində keçirilib. O yerdə seçkinin müddətini dəyişirlər ki, müxtəlif səbəblər olsun. Mən də bunlarla bağlı şərhləri oxuyuram. Ortada hüquqi, siyasi baxımdan heç bir əsaslandırma yoxdur. Ona görə də, belə fikirləri ciddi hesab etmirəm və düşünürəm ki, seçkilər vaxtında keçiriləcək".