Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqın Asos bölgəsinfə PKK-nın əlavə terrorçu və silah topladığı ərazilərə hava zərbəsi endirib.
Yenimeydan.info-nun məlumatına görə, Türkiyə ilə sərhəddən təxminən 150 km uzaqlıqda Asos bölgəsinə toplaşan PKK-ya ağır zərbə vurulub.
Əməliyyatlar zamanı PKK-nın 77 hədəfi vurulub, 80-dən çox terrorçu zərərsizləşdirilib. TSK-a son zamanlarda ilk dəfə sərhəd keçidləri istisna olmaqla, Şimali İraqın içərilərinə doğru girib.