Suraxanı rayonu İcra hakimiyyətinin başçısı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Allahverdiyev küçəsi 24-də yerləşən yataqxanada yaşayan sakinləri evsiz qoymaq istəyir.
Yenimeydan.info xəbər verir ki,Milletinsesi.az-a bu barədə yataqxana sakinləri məlumat verib. Məlumata görə, İcra hakimiyyəti yataqxanada yaşayan hər bir ailə başçısına 35 min manat verərək , evdən çıxarır . Yataqxanada həm bir otaqlı , həm də iki otaqlı evlər var. İcra hakimiyyəti iki otaqlı mənzillərdə yaşayan ailələrin böyüklüyünü, yaşayış sahəsinin artıqlığını nəzərə almır və fərq qoymadan hər bir ailəyə eyni məbləği təklif edir. Ən dəhşətlisi odur ki, binanın sakinləri evlərini tam tərk etməmiş , binada olan otaqların söküntüsünə başlamışdır. Bu yolla İcra Hakimiyyəti vətəndaşlara təzyiq göstərərək, ikiotaqlı evlərin sahiblərini də bir otaqlı sakinlərə verilən qiymətlərlə razılaşdırmağa məcbur edir. Sakinlərin bir neçəsi etiraz əlaməti olaraq özünü yandırmağa da cəhd göstərib. Etirazlara məhəl qoymayan Suraxanı rayon İcra hakimiyyətininin başçısı İlqar Abbasov diktə etdiyi qiymətlərlə vətəndaşları evlərini tərk etməyə məcbur etməkdə israrlıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin” Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 4 sentyabr tarixli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı Şəhəri ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək , yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
Adı çəkilən yataqxana da qəzalı vəziyyətdə olduğu üçün Prezidentin bu fərmanına uyğun olaraq sökülməlidir. Lakin icra hakimiyyəti fərmanda qeyd edilən” vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqındakı” bəndi kobud surətdə pozur və sakinləri özlərinin diktə etdiyi qiymətlərə razılaşmağa məcbur edir.
"Əsrin Yaddaşı"nın əməkdaşının yutuba yüklədiyi yataqxana sakinləri ilə söhbətindən hazırladığı videoreportajdan da görünürdü ki, sakinlər icra hakimiyyətinin qərarından narazıdırlar. Lakin videonu sonradan sildilrdilər.
frame allowfullscreen="allowfullscreen" height="314" src="http://www.youtube.com/embed/fzVc0mLd76E" style="margin: 10px 15px 5px 0px; padding: 0px;" width="560">
İcra hakimiyyəti yataqxanada yaşayan sakinlərin işıqlarını kəsir, evlərini tərk etmiş sakinlərə məxsus birotaqlı evlərdə digər ikiotaqlı mənzillərdə yaşayış ola-ola söküntülərə başlayır ki, vətəndaşların yaşayışı dözülməz həddə çatsın və onlar da evlərini dəyər-dəyməzə razılaşsın.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..
Mövzunu davam etdirəcəyik.