Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Direktor məndən 2 min manat alsa da, işlə təmin etmir” – Cəlilabad məktəbində şok rüşvət qalmaqalı

“Direktor məndən 2 min manat alsa da, işlə təmin etmir” – Cəlilabad məktəbində şok rüşvət qalmaqalı


Cəlilabad rayonu 2 saylı Alar kənd orta məktəbinin direktoru Lətif Seyfullayev 2 min manat məbləğində rüşvət almaqda suçlanır.



Yenicag.az-ın məlumatına görə, Cəlilabad rayonunun Alar kənd sakini Zəminə Qiyasova  2 saylı kənd orta məktəbin direktoru Lətif Seyfullayevdən Cəlilabad rayon prokurorluğuna şikayət edib.



Qiyasova şikayətində əvvəllər həmin məktəbdə işlədiyini, 2017-18-ci tədris ilində ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdirmək üçün Seyfullayevin ondan 2 min manat pul istədiyini bildirib.



Onun sözlərinə görə, banklardan birindən 2 min manat kredit götürərək, məktəb direktoruna verib. Lakin direktor verdiyi sözü yerinə yetirməyib. Faktla bağlı məktəb direktoru Seyfullayev bir neçə dəfə Cəlilabad rayon Prokurorluğuna çağırılaraq dindirilib.



Fakt üzrə araşdırmalar davam etdirilir.



Məsələ ilə bağlı əlaqə saxladığımız şikayətçi Zəminə Qiyasovanın bacısı Bəstigül Qiyasova Yenicag.az-a açıqlamasında 2 saylı Alar kənd orta məktəbinin direktoru Lətif Seyfullayevin işlə təmin etmək adı ilə bacısından 2 min manat məbləğində rüşvət aldığını, ancaq pulu götürdükdən sonra vədini yerinə yetirmədiyini deyib:



“Bəli, bu məsələyə görə Lətif müəllimdən prokurorluğa şikayət etdik. Ancaq direktor sonra bizə dedi ki, Zəminəni işlə təmin edəcəm – ona görə də, prokurorluğa olan şikayətimizi təsdiqlətmədik.



Ancaq yenə deyirəm, direktor bacımdan o məbləği alıb. Bacım ibtidai sinif müəllimidir, Ağcabədi Pedaqoji Kollecini bitirib. Direktor isə indi iddia edir ki, guya bacımın diplomu saxtadır. Əgər diplom saxta idisə, o zaman 2 min manatı nəyə görə alırdı?



Direktor bildirmişdi ki, məktəbdə beşyaşlılardan ibarət hazırlıq qrupu yaradılır və o sinfi bacıma verəcək. Ancaq həmin sinfi qeyri-ixtisas sahibi olan müəllimə verdi. Bacım 2007-ci ildən o məktəbdə möhürlə təsdiq olunmuş müqavilə əsasında müəllim işləyir.



Ancaq başa düşmürəm, direktor rayonda kimə nə deyir, kimə nə verirsə, hamı onun sözünü deyir. Direktor bacımın diplomunu bir kənara atıb, onu təhqir etməkdən də çəkinmir”.



Şikayətçinin özü – Zəminə Qiyasova isə Yenicag.az-a açıqlamasında Lətif Seyfullayev tərəfindən təhqirlərə məruz qaldığını bildirib:



“Məktəbdə mənim adıma belə bir sənədləşmə aparıblar ki, guya mən 15 ildir ki, məktəbdə laborant işləyirəm. Yəni belə çıxır ki, heç kollecə daxil olmamış artıq məktəbdə işləmişəm. Ancaq məktəbdə fəaliyyətim 2007-ci ildəndir. İndi isə diplomumun saxta olduğunu iddia edirlər.



Mən dəfələrlə direktor tərəfindən təhqir olunmuşam.



Məsələ qalxandan sonra indi də mənə katibəlik vəzifəsini söz veriblər. Bu dəfə maaşım vurulmasa, şikayətimi rəsmiləşdirəcəm”.


Teqlər:
Bu xəbər cəmi 2425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR