"Yenimeydan.info" xəbər verir ki, iyunun 18-də deputatın sahibi olduğu yeni şadlıq evinin və restoranın açılışı olub.
Restoran Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yanında yerləşir. Obyekt iki hissədən - “Atlantis” şadlıq sarayı və Adanalı Hasan Kolcuoğlu restoranından ibarətdir. Generalın yeni şəriki isə Türkiyə vətəndaşıdır. Əliağa Hüseynov yeni obyektinin təmtəraqlı mərasimlə açıb. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə xüsusi dəvətnamə göndərilib.
Məsələ ondadır ki, dəvətnamələr Milli Məclisin xüsusi zərflərində göndərilib. Açılış mərasiminə dəvət olunanlar arasında Milli Məclisin rəhbərliyi, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yüksək vəzifəli məmurları, deputatlar və iş adamları olub. Dəvətlilərin əksəriyyəti açılışa qatılıb. Saat 19.30-da başlayan mərasim gecə yarısındaək davam edib.
Qeyd edək ki, Ə.Hüseynov “modern.az” saytına açıqlamasında deyib ki, şadlıq evi və restoran oğluna məxsusdur.