APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Yanan avtomobillərin bəziləri qəzaya uğramış, digərləri isə saz vəziyyətdə olub.
Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
Etatist.com-un FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb.
Ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının, güclü külək nəticəsində cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttinin qırılıb, meydançada olan avtomobillərin üzərinə düşməsinin səbəb olduğu bildirilib.