Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - Bu əlamətlər varsa...

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - Bu əlamətlər varsa...


Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır. “Qafqazinfo” xəbər verir ki, virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur.  Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır. 



Uzman doktor Altay Abdullaoğlu da xəstəlik  barədə sosial şəbəkədə yazıb. O bildirib ki, koksaki virusları əsasən uşaqlarda olsa da , bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır: “Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpkilərinə görə su çiçəyinə bənzəyən  bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər  zaman qeyd etdiyim kimi bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.



Respublikanın baş pediatrı Nəsib Quliyev “Qafqazinfo”ya açıqlamasında valideynlər narahatlığına aydınlıq gətirib.  O da bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır: “Koksaki Amerikanın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır.  Bu qripə bənzər bir xəstəlikdir.  Dünyanın hər yerində də buna rast gəlinir.  Bizdə böyüklər adətən xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər.  İndi də bu xəsətliyin epidemiyası və heç bir problemi yoxdur.  Bir qədər da şayiə buraxırlar ki, bu xəstəlik çoxalıb.  Elə xəstələr olanda Elmi- Tədqiqat Pediatriya İnstitutuna gəlirlər.  İndi belə xəstələr yoxdur.  Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçün  laboratoriyadan müayinədən keçilməlidir.



Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bu  koksaki virusudur. Valideyn bunu necə deyə bilər?  Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi?  Bu  sadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir.   Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır.  



Yayda o xəstəlik görünüb. İndi isə belə bir şey yoxdur. Olsa mən niyə gizlətməliyəm? Çıxıb televiziyada çıxış edərəm ki, ölkədə  belə bir virus yayılıb”.


Teqlər:
Bu xəbər cəmi 3020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR