Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Axtarışda olan 35 şəxs sərhəddə tutuldu

Axtarışda olan 35 şəxs sərhəddə tutuldu


Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 13-dən 19-dək  hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.



“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn hərəkətlərin qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.



Nazirlikdən bildirilib ki, Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba,  Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 35 şəxs tutulub, o cümlədən Rusiya Federasiyası tərəfindən  axtarılan 14, Gürcüstan Respublikası tərəfindən axtarılan 1 nəfər, dövlətə borclu qismində axtarılan 66 nəfər saxlanılıb, itkin düşmüş hesab edilən 2 nəfər tapılaraq ailələrinə təhvil verilib.



Əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 8 avtomat silahı, 6 tapança, 87 yivli və yivsiz tüfəng, 34 əl qumbarası, 30 ədəd silah sandıqçaları, 23 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 partlayıcı maddə, 1 qumbaraatan və 6120 müxtəlif çaplı patron götürülüb, narkotiklərlə əlaqədar 4 fakt aşkar olunub.



Bundan başqa, tədbirlər zamanı Balakən rayonunda 8, Quba rayonunda 4, Qəbələ rayonunda 3, Xaçmaz rayonunda 2, Şəki rayonunda 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və digər cinayətlərin açılması təmin edilib.



Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.


Teqlər:
Bu xəbər cəmi 2240 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR