Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Surəti:Azərbaycan Respublikasının Təhsil Nazirlyinə
Surəti:Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
Surəti:Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Surəti:Azərbaycan Respublikasının Milli Məclisinə
Yardımlı rayon A.Q.Fətullayev adına Anzov kənd tam orta məktəbinin bir qrup işçisi tərəfindən
Ərizə
Bildiririk ki, 2017-2018-ci tədris ilindən təbii artım nəticəsində məktəbdə sinif komplektinin sayı 9-dan 10-a qalxmışdır.Azərbaycan Respublikası Dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 saylı Qərarına uyğun olaraq əmək haqqımızda qismən artım olmalı idi.Amma üç aydır ki, 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi əmək haqqımızı ödəməkdən imtina edir.Nazirlər Kabinetinin sadalanan qərarıyla əmək haqqımızın ödənməməsi həm qanuna, həm də sadə Azərbaycan vətəndaşına sayğısızlıq, ən pis hörmətsizlikdir.Hər birimiz bir ailənin başçısı, dövlət və dövlətçiliyimizə bağlı insanlarıq.
Xahiş edirik səlahiyyətinizdən istifadə edərək yuxarıda sadalanan qurumun özbaşənalıqlarına son qoyasınız.Eləcə də qanuni şəkildə əmək haqqımızın ödənilməsinə köməklik göstərəsiniz!
İmzalar:
M.Dadaşov -Direktor müavini
M.Balaşov -Direktor müavini
F.Fərzullayev -təsərrüfat müdiri
G.Ağababayeva -kargüzar
G.Hüseynova -dərnək rəhbəri
A.Rəhmətov -idman rəhbəri
R.Abdulova -xidmətçi
B.Əhmədov -xidmətçi
T.Süleymanova -xidmətçi
S.İsayeva-xidmətçi