ABŞ-ın Suriyadakı hərbçilərinin sayı 2 minə çatır. Onların əsasını xüsusi təyinatlılar təşkil edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Daha əvvəl ABŞ-ın qərargah rəislərinin birləşmiş komitəsinin direktoru Kennet Makkenzi Suriyadakı təxminən 500 amerikalı hərbiçinin olduğunu bəyan etmişdi.
Telekanalın məlumatına görə, Pentaqon yaxın günlərdə Suriyada hərbçilərin sayı barədə açıq məlumat verəcək.
Pentaqon amerikalı hərbçilərin yerli qüvvələrə təlim keçdiyini və terrorçulara qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak etmədiyini açıqlamışdı.