Qartal və şir müdriklik, qürur, dözümlülük və nəcibliyi ifadə edən rəmzlər olsa da, nə həmin simvolların, nə də onların ifadə etdiyi mənaların
Ermənistana və onun tarixinə heç bir aidiyyəti yoxdur. Gerbdəki qartal və şir təsviri plagiatdan başqa heç nə deyil. Bu heyvanlar xristianlığa qədər bir çox qədim imperiyaların gerbində təsvir edilib. Onlar yüzilliklər boyunca müxtəlif hakim sülalələrin rəmzi olublar. Məsələn, Qızıl qartal – Aquila Qədim Romanın qeyri-rəsmi gerbində təsvir olunmuş, xristianlığın dövlət dini kimi qəbul edilməsindən sonra isə İsaya aid olan simvollarla əvəz edilmişdi.
Qədim tarixə malik ölkə kimi görünmək üçün hər vəchlə özünü qədim dövlətlərə, o cümlədən, Roma imperiyasına calaşdırmaq istəyən
ermənilər Romaya aid bir sıra simvolları, o cümlədən, qartal təsvirini mənimsəyiblər. Guya gerbdəki qartalın və şirin caynağında tutduğu qalxandakı dörd bölmə “dörd qədim müstəqil
erməni çarlığının” – Arşakilərin, Baqratidlərin, Artaşesidlərin və Rubenidlərin rəmzidir. Əvvəla, bu çarlıqların
ermənilərə heç bir aidiyyəti yoxdur. İkincisi, hətta
ermənilərə aid olsaydı belə, gərək bu cür “qədim dövlətçilik ənənələri olan xalq” öz rəmzlərinə malik olaydı, başqalarından gerb simvolları oğurlmazdı.
Adıçəkilən dörd çarlıqdan Arşakilər (Ərsaqilər) parfiya mənşəli olub, indiki
Ermənistanərazisi də daxil olmaqla Atropatena, İberiya və
Qafqaz Albaniyasını idarə edən qədim sülalə olmuşlar. Sülalənin banisi I Arşak (Ərsaq) Parfiya dövlətinin əsasını qoymuşdu. Bizim eradan əvvəl 250/256-cı ildən eramızın 224-cü ilinədək hakimiyyətdə olan Ərsaqilər
İranı yunan-makedoniya sülaləsi olan Selevkilərdən azad etmiş və öz əcdadlarını Avesta qəhrəmanlarına bağlamışlar. Avesta isə qədim azərbaycanlıların müqəddəs kitabıdır,
ermənilərin yox.
Digər tarixi mənbələr onların adlarını “Ər” (igid, ərən, cəsur) və “Saq” sözləri ilə əlaqələndirərək, türk mənşəli qədim Sak tayfaları ilə əlaqələndirirlər. Bəzi mənbələrdə isə sülalənin əsasnı qoyan xalqların
Xəzər dənizində şərqdə yaşayan parna tayfaları olduğu bildirilir ki, onların da ümumiyyətlə
ermənilərə heç bir aidiyyəti yoxdur. Onlar Makedoniyalı İsgəndərin ölümündən sonra Parfiyaya daxil olmuş,
İran və Mesopotamiya üzərində nəzarəti tədricən öz əllərinə keçirmişlər.
Ermənilərin xəstə təxəyyülünə görə, onların hətta eramızdan əvvəl üçüncü minillikdə (b.e.ə. 2492/2107 – b.e. 325-ci il) dövlətləri olub. Lakin bu, əfsanədən başqa bir şey deyil.
“Dörd
erməni çarlığı”ndan biri olduğu iddia edilən Baqratidlərin də kökünü
ermənilər Bibliyada adı çəkilən Qədim İsrail çarı Davidə (Davud) və onun oğlu Solomona (Süleyman) bağlamağa cəhd göstərir və bununla da özlərinin müqəddəs kitabda adı çəkilən qədim xalq olduqlarını sübuta yetirmək istəyirlər. Erməni tarixçilərinin uydurmalarına görə, guya, Baqratuni tayfası
Ermənistana gətirilmiş yəhudi mənşəli əsir hansısa Şambotdan (
ermənicə Smbat və ya Sumbat) başlayır.
Lakin Baqrationların mənşəyi ilə bağlı gürcülərin də öz versiyası var. Onlar
ermənilərdən fərqli olaraq sülalənin kökünü eramızdan əvvəl III əsrdə hökmranlıq etmiş Parnavazianilərə - İberiya çarları sülaləsinə bağlayırlar.
Göründüyü kimi,
ermənilər özlərinin qədim xalq olduğunu sübut etmək üçün öz köklərini gah parfiyalılara, gah qədim Urartuya, gah Bibliya əfsanələrinə, gah qədim gürcü knyazlarına, albanlara və s. xalqlara calaq etməyə çalışırlar. Onlar özlərinin hansı soy-kökə mənsub olduqlarını hələ də dəqiqləşdirə bilməyiblər və ya bunu aydınlaşdırmaq onlara sərf etmir.
Həqiqət ondan ibarətdir ki,
Qafqazın yerli əhalisi olduqlarını iddia edən, azərbaycanlıların isə guya Altay dağlarından gəlmiş köçəri türk tayfası olduğunu bildirən
ermənilərin özləri bu əraziyə gəlmə xalqdır.
SSRİ dövründə
Moskvada nəşr edilən “Народонаселение стран мира”, “Большая советская энциклопедия” və s. sanballı əsərlərdə
ermənilərin skiflərin Hindistanı işğal etməsindən sonra Pəncab əyalətindən Bizansın şərqinə, indiki
Suriya-Livan ərazisinə qaçıb gəlmiş siqin (цыган, qaraçı) tayfalarının bir şəcərəsi olduqları qeyd edilib.
Erməni tarixini araşdıran məşhur qafqazşünas akademik V.Veliçko heç bir tarixin onda
erməni tarixi qədər şübhə yaratmadığını, İ.Şopen isə
ermənilərin Ərməniyyənin qədim sakinləri deyil, Assuriyadan gəlmə köçəri tayfa olduqlarını yazıblar. Bu qədər yalanlar içərisində olan xalqın öz dövlət rəmzlərində qədim, sivilizasiyalı tarixdən bəhs etməsinə riyakarlıqdan, saxtakarlıqdan başqa nə ad vermək olar?!
Xalqın iradəsinin ən ali ifadəsi olan milli dövlətin və dövlətçiliyin rəmzləri onun tarixinin, ideologiyasının güzgüsüdür. Əgər bir dövlətin rəmzləri saxta, uydurma tarixi, əsassız ərazi iddialarını özündə əks etdirirsə bu, həmin ölkənin yaşama hüququnun olmadığını, sivilizasiyalı dünya və onun ən ali dəyərlərindən biri olan sülh üçün təhlükə mənbəyi olduğunu sübut edir.