Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində “Azəravtoyol" ASC -nin yeni təmir etdiyi yolun asfalt örtüyü dağıdıldı.
Yenimeydan.info Milletinsesi.az-a istinadən xəbər verir ki, ilk öncə Məhəmməd Hadi küçəsindən Həzi Aslanov metrosu istiqamətinə gedən yolun asfalt örtüyü dağıdılaraq, 200 mm-lik polietilen boruralarla həmin ərazidən kanalizasiya xətti çəkildi və üzərindən nazik asfalt örtüyü vuruldu. Artıq həmin asfalt örtüyündə çökmələr hiss olunur. Dünən isə isə Sadıqcan kücəsindəki yolun asfalt örtüyü dağıdıldı.
Qeyd edək ki, həmin küçələrin asfalt örtüyü bir neçə ay bundan əvvəl "Azəravtoyol" ASC tərəfindən tam əsaslı təmir olunmuşdu. Nəzərə alaq ki, yolların əsaslı təmiri və yenidən qurulması üçün dövlət büdcəsindən külli miqdrada vəsait ayrılı və görülən işlər zamanı planlaşdırılmayan ən xırda nüansalar milyonların göyə sovrulmasına səbəb olur.