Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Artur Rəsi-Zadənin qanunu müğənnilərə “toy tutacaq”

Artur Rəsi-Zadənin qanunu müğənnilərə “toy tutacaq”





“Qazancımız nə olacaq?”



Məlum olduğu kimi, 2 gündən sonra, yəni noyabrın 19-da Məhərrəmlik əyyamının ikinci ayı, Səfər ayı başa çatacaq. Məhərrəmlik ayında şiə məzhəbinə mənsub olan müsəlmanlar 40+20 gün ərzində şadlıq mərasimləri keçirmir. Bu müddət ərzində şou-biznes nümayəndələri, xüsusən də müğənnilər iki ay qazancsız qalır.  Lakin Səfər ayı başa çatdıqdan sonra yenidən toy mövsümünə start verilir. Maraqlıdır, müğənnilər artıq toy mövsümünə hazırlaşırlarmı, sifarişləri varmı? Yeni toy mövsümündə qiymət artımı olacaqmı?



Və daha bir məsələ, müğənnilər Müəllif Hüquqları Agentliyinin müəllif qonorarı ilə bağlı verdiyi yeni qərar haqda məlumatlıdırlarmı, münasibətləri necədir?



Xatırladaq ki, Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq. Müəllif qonorarından yayınmaq istəyənləri ağır cərimə və həbs gözləyir.



Beləliklə, bütün suallarımızla bağlı bir neçə müğənninin rəyini öyrənməyə çalışdıq. Xalq artisti Səməd Səmədov “Yeni Müsavat”a danışaraq bildirdi ki, artıq toy sifarişləri alıb:



“Əlbəttə ki, Səməd Səmədovsuz toylar keçməz. Sifarişlərim var, lakin ötən illərə nisbətdə azdır. Yadınızdadırsa, biz demək olar ki, hər gün toyda idik. İndi isə həftədə bir dəfə və ya aya 2-3 toyumuz olur.



Hazırda yeni nəsil müğənnilər ortaya çıxıb, o cümlədən Abbas Bağırov, Elton, Samir Piriyev və sairə. Amma buna baxmayaraq, sağ olsun ki, xalq yenə də bizə müraciət edir".



Xalq artisti toy qiymətində artım olmayacağını vurğulayıb:



“Çünki millətlə, xalq ayaqlaşmaq lazımdır. Məsələn, mən ilk olaraq 4 min manat istəyirəm. Məclis sahibləri gəlib mənimlə görüşüb, qiyməti 2 min yarıma qədər aşağı endirir. Mən də razılaşıram. Bəzən isə deyirlər ki, 2 min manat pulumuz var, razılaşın. Bilirsiz ki, hazırda camaatın vəziyyəti yaxşı deyil”.



Səməd Səmədov müəllif qonorarı il bağlı məsələyə isə bu cür reaksiya verdi:



“Biz indi o qonorarı hara ödəməliyik? Tutaq ki, mən Eldar Mansurovun mahnısını oxumuşam. İndi qonorarı necə və kimə ödəməliyəm? Doğrudur, bütün sivil ölkələrdə ifaçılar ifa etdikləri mahnın müəlliflərinə qonorar ödəyirlər. Buna görə həm də bu qərara müsbət baxıram”.



Müğənni Elariz Məmmədoğlu da toy qiymətlərində artım olmayacağını açıqladı: “Bildiyiniz kimi artıq toy mövsümü başlayır. Mənim də sifarişlərim var. Öz qrupumla birgə çıxışlarım olacaq. Qiymətləri artırmayacam, çünki bu mümkün deyil”. Müğənni müəllif qonorarı haqda məlumatsız olduğunu dedi:



“Bu barədə məlumatım yoxdur. Gərək dəqiqləşdirim, sonra bu haqda danışım”.



Müğənni Lalə Məmmədova isə yalnız dekabr ayında yarım saatlıq sifarişinin olduğunu dedi:



“Kiminsə zövgündəyəmsə məclisinə dəvət edir. Amma mən sırf toy müğənnisi deyiləm. Hər halda mənim yaradıcılığa nəzər salsanız, görərsiz ki, mən daha çox yaradıcılıq üçün çalışıram. Toydan qazandığım gəliri sırf yaradıcılığım üçün sərf edirəm. Çünki dövlət mənim üçün mahnı aranjiman etmir, bəstəkardan, şairdən mahnı almır. Bütün bunların hamısını özüm edirəm. Vergiləri də vaxtlı-vaxtında ödəyirəm. Üstəlik qonorarla oxuduğum toylar çox azdır. Daha çox qonorarsız ifa edirəm.



Qaldı ki, toylarda ifa edilən mahnılar üçün qonorar ödənilməsinə, təsəvvür edin ki, ifama görə qonorar ödəyirəm, üstəlik bəstəkar və şairə də qonorar ödəməliyəm. Əgər mahnı xalq mahnısıdırsa, deməli onda mən bütün xalqa qonorar ödəməliyəm? Fikrimcə bu bir qədər məntiqli deyil. Belə çıxır ki, mənim bütün qazancım “orda-burda” olacaq?



Manaf Ağayev də artıq toy sifarişlərini aldığını bildirdi: “Bəli, sifarişlər almışam. Lakin məlum olduğu kimi sifarişlərin sayı ötən illərə nisbətdə azdır.



Qaldı ki, qonorar məsələsinə, necə məsləhətdir. Dövlət necə istəyirsə, o cür də qərar verir".









Paylaş:




Teqlər:
Bu xəbər cəmi 2490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR