"Böyük səkkizlik" ölkələrinin Şimali İrlandiyada keçirilən sammiti başa çatıb. Rusiya ilə digər ölkələr arasında fikir ayrılıqları təhlükəsinə rəğmən, Suriya ilə bağlı kommünike 8 ölkənin hamısı tərəfindən imzalanıb. Dövlət başçıları terrorçuluqla mübarizə, girovların alınması və Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.
Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, Suriya ilə bağlı bəyanat "çox güclü" alınıb. O, yeddi addımdan ibarət proqramı açıqlayıb. Bu addımlar arasıda münaqişə tərfflərinə diplomatik təzyiqin artırılmasını, Suriya əhalisinə 1,5 milyard dollarlıq humanitar yardımın ayrılmasını da nəzərdə tutur.
"Əl Ərəbiyə" telekanalı sammit yekunlaşmazdan əvıvəl kommünike layihəsinə əsaslanaraq məlumat yaymışdı ki, liderlər Suriyada keçid hökumətimnin formalaşdırılması prinsipi ilə bağlı razılığa gələ bilmirlər. Telekanalın məlumatına görə, "Cenevrə-2" beynəlxalq konfransı qabaqcadan planlaşdırıldığı kimi iyulda baş tutmayacaq. Lakin sammitdən sonra bəlli oldu ki, Suriyadakı münaqişə tərəflərinə diplomatik təzyiq artırılacaq, konfrans isə keçiriləcək.
"Səkkizlik" ölkələrinin liderləri razılığa gəliblər ki, terrorçulara fidyə verilməsinin kökü kəsilsin. Böyük Britaniya təklif edib ki, terrorçulara fidyə verilməsin. Çünki, bu vəsaitin əhəmiyyətli hissəsi müxtəlif terror qruplaşmalarının silahlandırılmasına yönəlir.
Rusiya, ABŞ və Fransa Azərbaycan və Ermənistanın diqqətini həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə yönəltmək qərarına gəliblər. Onlar tərəfləri mübahisəli məsələləri həll etməyə çağırıblar.
Rusiya prezidenti Vladimir Putin sammitdən sonra jurnalistlərə açıqlama verib. O, bildirib ki, danışıqların mövzularından biri də offşor problemi olub. "Məni o sevindirdi ki, offşorlarla mübarizə təkcə bizim yox, bütövlükdə dünya iqtisadiyyatının problemidir", - Vladimir Putin deyib