Ötən gün Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 127 ev xəsarət alıb. Bu barədə “Qafqazinfo”ya Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.
İcra başçısı deyib ki, qəzalı vəziyyətdə olan bir ev tamamilə uçub:
“İlkin əldə etdiyimiz məlumata görə, 127 evdə çat əmələ gəlib. Hansı ki, o evlərin əksəriyyətində çatlar var idi. Sadəcə olaraq həmin çatlar zəlzələ nəticəsində genişlənib. Bundan başqa, orta məktəbdə çat yaranıb.
Həmçinin, qəzalı vəziyyətdə olan ev uçub. Həmin evdə yaşayış olmayıb. Yəni, ev sahibləri qəzalı vəziyyətdə olan hissədə olmayıblar. Faciəyə çevrilən, insanlara xəsarət edilən hadisə baş verməyib”.