Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 14 noyabr tarixli sərəncamı ilə Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun “Naxcivantv.az”a istinadən məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Mirhəşim Əhməd oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini vəzifəsindən azad edilsin”.