Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şəkərdən tamamilə sağalmaq olarmı... - Mütəxəssislə günün müsahibəsi

Şəkərdən tamamilə sağalmaq olarmı... - Mütəxəssislə günün müsahibəsi

14 noyabr Ümumdünya Diabet Günü ilə bağlı endokrinoloq Nadirə Ağazadə Medicina.az-a müsahibə verib:


 


Yenimeydan.info həmin müsahibəni təqdim edir:


 


-Nadirə xanım, şəkər xəstəliyi adətən hansı yaşlardan başlayır? 


 


-Bütün yaş qruplarında şəkərli diabetə rast gəlmək olar. Əgər biz diabeti növlərə ayırsaq I və II tip diabet, hestosional diabet və digər spesifik diabet tipləri vardır. Bunların əmələ gəlmə səbəbləri müxtəlifdir. 


 


-Xəstəliyin yaranma səbəbi nədir? 


 


-     I tip diabetdə ən əsas səbəb 90% autoimmundursa, II tip diabetdə əsas rolu insulinrezistentlik oynayır. Sağlam insanda qan şəkəri aclıq halında 100 mg/dl, yeməkdən 2 saat sonra isə 140 mg/dl-dən yüksək olmamalıdır. Aclıq qan şəkərinin 126 mg/dl-dən, toxluq və ya günün istənilən vaxtında ölçülən qan şəkərinin 200 mg/dl ən yüksək olması şəkərli diabet xəstəliyinin olması deməkdir.


 



Diabetin yaranmasında genetik faktorun rolu böyükdür, diabetli qohumu olan və ya valideynlərində diabet olan insanlarda bu xəstəliyin əmələ gəlmə riski artır.


 


Təbii ki, diabetin yaranmasında autoimmun səbəblər, genetik faktorlar, piylənməyə gətirib çıxaran qidalanma rejimi, xroniki streslər, digər autoimmun xəstəliklərin yaranması rol oynayır. Autoimmun səbəb dedikdə mədəaltı vəzin insulin ifraz edən hüceyrələri zədələyən antitellərin yaranması nəzərdə tutulur və beləliklə insulin çatışmazlığı və sonda diabet xəstəliyi əmələ gəlir.


 


-Hansı tip xəstələr daha çox risk altındadır? 


 


 Piylənmə və ya artıq çəkisi olan insanlar (BKİ - yəni bədən kütlə indeksi 25kq/m2 yuxarı olan) 


 


       İrsiyyətdə şəkərli diabeti olanlar 


 


       Qan təzyiqi yüksək olan xəstələr 


 


       İri çəkili uşaq doğan və hamiləlik vaxtı diabet diaqnozu qoyulan qadınlar 


       


       Xolesterin və triqliseridləri yüksək olanlar (dislipidemiya) 


     


       Yumurtalıqların polikistoz sindromu olan qadınlar 


 


       Şizofreniya xəstələri 


 


       Tək orqan transplantasiyası olunan (əsasən də böyrək köçürülən) xəstələr


 


       İnsulin dirənci olan insanlar 


 


       Oturaq həyat tərzi keçirən və fiziki aktivliyi aşağı olan insanlar daha çox risk qrupundadır.


 


Əgər aclıq qan şəkərinin səviyyəsi 100-126 mq/dl arasındadırsa xəstələr bunu prediabet olaraq bilməli və gələcəkdə diabet xəstəsi olmamaq üçün bəzi qaydalara əməl etməlidirlər. Sadaladığımız risk faktorları varsa xəstələr mütamadi olaraq diabet riskinə görə müayinələrdən keçməlidirlər. Aclıq qan şəkəri 100-126 mq/dl olan insanlar PREDİABET sayıldığından sonrakı addım 75 qr qlükozalı standart OGTT olmalı və 2 saatdan sonra qan şəkəri dəyərləndirilməlidir. Müayinələrdən sonra xəstənin PREDİABET və ya DİABET olması dəqiqləşdirilir və buna uyğun əlavə müayinə və müalicə planı hazırlanır. ERKƏN AŞKARLANMIŞ DİABET VƏ VAXTINDA BAŞLANILMIŞ MÜALİCƏ göz, böyrək,sinir, ürək-damar ağırlaşmalarının qabağını almaq deməkdir!


 


-Ümumiyyətlə, şəkərdən tamamilə sağalmaq olurmu?


 


-Şəkərli diabetdən tam sağalmaq ehtimalı yoxdur.  Şəkərli diabet yaşam boyunca davam edən və ciddi  nəzarət tələb etdirən xroniki xəstəlikdir.


 


-Belə xəstələr, əsasən, nəyə diqqət etməlidirlər?


 



-Şəkərsalıcı tablet və ya insulin müalicəsi vaxtında aparılmazsa, kəskin və xroniki ağırlaşmalar yaranır. Aclıq və toxluq qan şəkərlərinin yüksək olması kiçik və böyük damarların, sinirlərin zədələnməsinə yol açır. Hər bir xəstə həkimin dediklərinə ciddi riayət etməlidir. Düzgün qidalanmalıdır. Tərkibində şəkəri yüksək olan bütün növ şirniyyatlardan uzaq durmalıdırlar (şirələr, kompotlar da bura daxildir). Daha tez sovrulan karbohidratlardan yan qaçmalıdırlar.


 


-Hansı analiz cavablarına əsasən müalicə başlanılmalıdır? 


 


-Dediyim kimi, sağlam insanda qan şəkəri aclıq halında 100 mg/dl, yeməkdən 2 saat sonra isə 140 mg/dl-dən yüksək olmamalıdır. Aclıq qan şəkərinin 126 mg/dl-dən, toxluq və ya günün istənilən vaxtında ölçülən qan şəkərinin 200 mg/dl ən yüksək olması şəkərli diabet xəstəliyinin olması deməkdir. Müalicəyə başladıqda 3 aylıq qan şəkərinin göstəricilərinə mütləq baxmaq lazımdır.


 


-Şəkər hansı orqanlarda ağırlaşmalar yarada bilər?


 


-Böyrək, göz, beyin, ürək-qan damar sistemi zədələnərək korluq, infarkt, insult, ayaq amputasiyası, böyrək çatışmazlığına qədər gətirib çıxararaq ölümlə nəticələnir. Ona görə diabetiniz varsa, vaxtında həkimə müraciət edin.


 



Teqlər:
Bu xəbər cəmi 2350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR