Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

1 milyondan artıq sakinin su problemi həll olunacaq

1 milyondan artıq sakinin su problemi həll olunacaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir.


Cəmiyyətin Mətbuat xidməti şöbəsindən verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam edir.



Magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan 61 km-lik hissəsinin 33 km-də işlər yekunlaşıb. Hazırda kəmərin qalan hissəsində qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir. İçməli suyun özüaxımlı rejimdə nəqlini həyata keçirmək məqsədi ilə Abşeron rayonu ərazisində “+ 118 Atyalı” su anbarı inşa edilir.



Artıq Ceyranbatan sutəmizləyici qurğular kompleksindən həmin anbara qədər diametri 1620 mm, uzunluğu 11 km olan xəttin tikintisi yekunlaşmaq ərəfəsindədir. Magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan hissəsinin tikintisi cari ilin avqust ayında yekunlaşacaq və bu istiqamətdə yaşayış məntəqələrinə içməli suyun verilməsi təmin ediləcək.



İşlərin keyfiyyətlə və vaxtında icrasını təmin etmək məqsədi ilə magistral xəttin tikintisində qabaqcıl texnologiyalardan istifadə olunur. Azərbaycanda ilk dəfə olaraq magistral xəttin çəkilişi avtomatik qaynaq aparatları vasitəsi ilə aparılır. Ənənəvi qaynaq vasitələrindən fərqli olaraq avtomatik qaynaq aparatı robot idarəetmə sistemi ilə təchiz olunub. Bu aparatların köməyi ilə qaynaq işləri demək olar ki, insan əməyi olmadan həyata keçirilir. Bu avadanlıqlar vasitəsi ilə boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Üstəlik yeni texnologiyaların tətbiqi nəticəsində qaynaq işləri daha sürətlə (adi qaynaqla müqayisədə 4-5 dəfə tez ) və keyfiyyətlə icra olunur. Hazırda inkişaf etmiş ölkələrdə bu aparatlardan neft-qaz və su kəmərlərinin tikintisində geniş istifadə olunur. Belə qaynaq aparatı magistral su xəttinin tikintisinin vaxtından əvvəl başa çatdırılmasına imkan verəcək.



Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının qəsəbə və kəndlərində işlər kompleks şəkildə həyata keçirilir. Magistral su xətlərinin çəkilişi ilə paralel olaraq yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya infrastrukturları yaradılır. Hazırda Bakı şəhəri və Abşeron rayonunun 36 kənd və qəsəbəsində layihələr icra olunur. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq



Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq.


Teqlər:
Bu xəbər cəmi 1885 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR