Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Axund”ların ləğv olunmasına başlanıldı

“Axund”ların ləğv olunmasına başlanıldı


"İstəyirik ki, "İslam Həmrəyliyi ili" çərçivəsində belə bir qərar qəbul edək ki, “axund” sözü yığışdırılsın, onun yerinə ancaq “imam” sözü işlədilsin".



Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Qazilər Şurasının bir neçə ay əvvəlki toplantısında demişdi. QMİ sədri bildirmişdi ki, “axund” sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Sədrin açıqlamasından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclasında qərar qəbul edildi. Qərara əsasən, məscidlərdə vahid idarəçilik sisteminə keçilməli və bütün məscidləri idarə edənlər imam statusu almalıydılar.



Maraqlıdır, qərar nə zaman tətbiq olunacaq? “Qafqazinfo” xəbər verir ki, bununla bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı Modern.az-a açıqlama verib:



“Qeyd edilən qərar artıq icra olunmağa başlayıb və yeni təyin olunanlara şamil edilir. Yəni bundan sonra kim  vəzifəyə təyin ediləcəksə, həmin tarixdən etibarən onun vəzifəsi  “imam”  şəklində yazılacaq”.



Q.Cavadlı həmçinin məsələyə yenidən aydınlıq gətirib:



“Sənədlərdə axundların ümumiləşdirilmiş adı imam olacaq. Çünki axund tarixizmdir, köhnə ifadədir.  Məsələn, bu gün heç kim “münəccim” demir. Bu da termin istilahıdır. Vəzifə olaraq təbii ki, axundlar öz  vəzifələrində qalacaqlar. Sadəcə adları dəyişdirilib “imam xətib”, “imam naib”,  “imam cümə” kimi ifadələrlə əvəz olunacaq. Bu, bütün dünyada da qəbul edilmiş formadır. Azərbaycan  da bu məsələdən kənarda qalmaq istəmir”.


Teqlər:
Bu xəbər cəmi 2630 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR