Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Robot insanlar

Robot insanlar


 



792fb985-b41a-4e35-bfb8-25f07bede647-9711-00000a79459da194    Süni Adamlar Fabriki Karel Capekin 1920-ci ildə yazdığı ” Rossum’s Universal Robots” (Süni adamlar fabriki) əsərində ilk dəfə olaraq robot kəlməsi işlənib. Günümüzdə robotlardan bir çox sahələrdə olduqca geniş istifadə edən ölkələr var. Robotlar insanı duyğulardan tamamilə kənar , mexaniki və avtomatik olaraq çalışırlar.



Sözümün canı robotlar deyil, əslində robotlaşmış insanlardır…



İnsanı robota çevirən çox güclü bir cəmiyyətimiz var. Yaponiya dünyada robot sahəsində ən inkişaf etmiş ölkə olsa da, bizdən öyrənəcəyi çox şey var. Məsələn, yaponlar dəmirdən, metaldan robot hazırladığı halda, biz daha da irəliyə gedib canlı insanın robotun yaradırıq. Cəmiyyət olaraq gözünü açandan insanları mükəmməl robota çevirmək üçün bütün variantlardan istifadə edirik.



Yaponların yaratdığı robotlarla bizim robotların ortaq cəhəti də var. Onlarda da robot verilən əmrləri icra edən bir mexanizmdir, bizdə də. Fərq isə onların robotlarinin dəmirdən, bizimkilərin isə ətdən olması və nəfəs almalaridir.



Hə, yaponları çox təriflədik. Biraz da öz əl işimizdən danışaq. Bizim cəmiyyətdə demək olar ki, doğulan hər bir insan potensial bir robot deməkdir. Robotlaşmanın ilk təməlini valideynlər qoyur. Ağlın kəsdiyi andan etibarən mexanizmləşdirilirsən. Hətta əmrləri icra etməyə borclu olursan. Məsələn, heç vaxt böyüklərə qarşı səhv etmək olmaz, onlar həmişə hər şeyin ən doğrusunu bilirlər. Onların sözündən çıxmaq olmaz ,həmçinin böyüyün üzünə qayıtmaq yolverilməz olmalıdır. Sənin öz duyğuların , düşüncələrin, istəklərin heç bir önəm daşımır. Onsuz da sənin yerinə bunları edən böyüklərin var…



Əgər söz haqqı istəyirsənsə, sözün bütün və əsl mənalarında BÖYÜK insan olmalısan …



Getdikcə məsuliyyətlər artır, əmrlər ağırlaşır. Robotlaşmanın növbəti mərhələləri qarşına daha çox tələblər qoyur. Nəticədə sən sadəcə əmrləri icra edən bir mexanizm kimi həyatını sona qədər davam edirsən. Və öz övladlarını da robot kimi yaşamağa məcbur edirsən. Beləliklə, robot insanlar yetişdirirsən…



Əgər özümüzdən əvvəlki nəsilləri dəyişə bilmiriksə, ən azından özümüzü dəyişməliyik. Özümüzdən başlamalıyıq insan kimi yaşamaği öyrənməyə …öyrətməyə…



Özümüz özümüzə kömək etməliyik. Dəyişməyə özümüzdən başlamalıyıq. Əger nələrinsə yanlış olduğunu dərk ediriksə, bunu çözə də bilərik. Özümüzə azadlıq ,sərbəstlik verməliyik, müstəqil yaşamağı, qərarlar qəbul etməyi, yeri gələndə duyğularımızı azad buraxmağı öyrənməli, bacarmalıyıq. Bunu etməliyik ki, uşaqlarımıza, bizdən sonrakı nəsillərə də bunu ötürə bilək. Onlara azad yaşamağı, müstəqil seçimlər etməyi, sərbəst hiss etməyi aşılamalıyıq. Onlara dəstək olmaq, zülmətdəki işıq olmaq lazımdır. Bizə öyrədilən mexanikliyi deyil…


Teqlər:
Bu xəbər cəmi 3155 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR