Odlar Yurdu Universitetinə tələbə düzəltmək adı ilə dələduzluqda təqsirləndirilən Hüseynağa Əsədov və Ceyhun Nəcəfov barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, H.Əsədov həmin universitetin müəllimi olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, H.Əsədova isə şərti cəza verilib.
C.Nəcəfov istintaq zamanı həbs edilsə də, həmin universitetin müəllimi olmuş H.Əsədov azadlıqda qalıb. Apellyasiya şikayəti icraata götürülüb və ilkin baxış prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə noyabrın 17-də davam etdiriləcək.