İraq hərbçiləri Kərkükdə İŞİD terror qruplaşmasının qurbanlarının kütləvi məzarlığını aşkar ediblər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İordaniyanın “Petra” agentliyi məlumat yayıb.
Məlumata əsasən, sözügedən məzalıq ABŞ-ın keçmiş hərbi bazasının yerləşdiyi yerdə tapılıb. Məzarlıqda azı 400 nəfərin cəsədi aşkar edilib. Onların əksəriyyətinin cavan və yaşlı kişilər olduğu bildirir.
Cəsədlərin basdırıldığı vaxt və məzarlıq aşkar olunan bazanın adı açıqlanmır.
Bu barədə faktı Kərkük əyalətinin qubernatorluğu da təsdiqləyib.