Səudiyyə Ərəsbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərinə raket zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, hücum zamanı şəxsi evlərə də raket düşüb.
Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
Qeyd edək ki, 2015-ci ilin martından etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməni bombalayır. Hücumlar nəticəsində 10 mindən çox yəmənli ölüb.