Mərdəkan-Qala istiqamətində mini avtobus mərkəzi yaradıla bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakə Nəqliyyat Agentıiyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
O bildirib ki, bununla bağlı araşdırmalar davam edir. Bu mini mərkəzin yaradılması ilə bir çox məsələlər həllini tapa bilər:
“Bu həm şəhərətrafı ərazilərdən 3-4 avtobus dəyişərək şəhərə gəlmənin qarşısını alacaq, həm sərnişinlərin gediş haqqına verdiyi pulun 20-30 qəpik daha az olmasına səbəb olacaq, həmçinin şəhərətrafından gələn avtobusların yaratdığı xaotik vəziyyəti azaldacaq”, - deyə M.Ağayev vurğulayıb.