Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Putin-Ərdoğan görüşünün Qarabağ gizlinləri - Yaxın zamanlarda çox şey üzə çıxacaq

Putin-Ərdoğan görüşünün Qarabağ gizlinləri - Yaxın zamanlarda çox şey üzə çıxacaq


"Rusiya və Türkiyə prezidentlərinin görüşündə Dağlıq Qarabağ probleminin həllinə də toxunulacaq. Lakin onlar əsasən öz aralarında olan iqtisadi-siyasi və regional məsələlərə diqqət yetirəcəklər. Ona görə də Qarabağ probleminə ayrıca deyil, həmin məsələlərin fonunda və Azərbaycan-Ermənistan prizmasından kompleks şəklində baxılacaq. Düzdür, hamısı nəsə deyir, amma problemin həlli ilə bağlı real addım yoxdur".





Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov Türkiyə və Rusiya prezidentləri arasında keçiriləcək görüşün Dağlıq Qarabağ probleminin həllinə mümkün təsirlərini şərh edərkən deyib.





Ekspertin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Rusiyanın böyük imkanları var. Bu isə onu göstərir ki, ehtimal ki, Ərdoğanla Putin arasında danışıqlar olub, amma onların məzmunu və nəticələri gizli saxlanılır: "Ərdoğanın bəyanatı o deməkdir ki, Dağlıq Qarabağın həllində dair danışıqlar prosesində aparıcı qüvvə məhz Rusiyadır. İkincisi, bu bəyanat Ermənistanı narahat etməyə bilməz. Çünki ermənilər da yaxşı anlayırlar ki, Ərdoğan durduğu yerdə bu sözü elə-belə deməz və bu Rusiya ilə pərdəarxası danışıqlarda əldə olunmuş hansısa nəticənin göstəricisidir.



Proseslərin gedişi göstərir ki, hazırda Ermənistan uduzmuş haldadır. Ona görə də məhz Dağlıq Qarabağ problemini yaratması nəticəsində bütün regional iqtisadi layihələrdən kənarda qalmış Ermənistanda prezident Serj Sarkisyanı Gürcüstana Cavaxetiya bölgəsinə göndərib oradakı erməniləri Bakı-Tiflis-Qars dəmiryoluna əngəl yaratmaq üçün qızışdırmağa çalışırlar".







E.Ələsgərovun fikrincə, aparılan pərdəarxası danışıqların nəticəsi bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi gedir. Bununla bağlı son olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Pərdə arxasında isə Rusiya və Türkiyə var. Düzdür, ATƏT-in Minsk qrupunda ABŞ və Fransa da yer alır, amma məncə onlar hazırda nisbətən kölgədə qalıblar. Çünki ABŞ konkret addım atmayınca Fransa da heç nə etmir. Amma Rusiya daha fəaldır və xarici işlər naziri Sergey Lavrovun son bəyanatları bunu bir daha sübut edir.



 



 



 





 



 



 



Azərbaycan Türkiyə ilə birgə böyük iqtisadi layihələr həyata keçirir. Rusiya da bu layihələrdə iştirak etmək istəyir. İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan isə bu layihələrdən təcrid olunmuş vəziyyətdədir. Serj Sarkisyanın da Putinlə görüşmək istəməsinin səbəbi də görünür, Ermənistanın hansısa addımları atmağa vadar olmasıdır. Çünki 2018-ci ildə Ermənistandan hökumət dəyişikliyi olacaq. Prezident Serj Sarkisyanın bu dəfə baş nazir olacağı deyilir. Belə qarışıq vəziyyətdə Qarabağ məsələsində də dəyişiklik ola bilər.



Bundan əlavə, Avropa Birliyi ilə Ermənistan arasında saziş imzalanmalıdır. Bu sazişdə Rusiyanın xeyrinə olmayan müddəalar yer ala bilər. Ola bilər ki, orada Qarabağa dair müddəalar da olsun. Çünki Azərbaycan da Avropa Birliyi ilə danışıqlar aparır. Anlaşma hazırlanır və orada da Dağlıq Qarabağla əlaqədar gözləntilərimiz var. Ümumilikdə, Dağlıq Qarabağ problemi ətrafında çox fəal olmasa da, pərdəarxası bəzi danışıqlar gedir. Bu məqamlar yəqin ki, Məmmədyarov-Nalbandyan görüşündən sonra özünü daha aydın şəkildə büruzə verəcək".



 



 



 





 




 


Teqlər:
Bu xəbər cəmi 3115 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR