Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Toğrul Nərimanbəyov Fransada dəfn olunacaq – Cəsədi yandırılacaq

Toğrul Nərimanbəyov Fransada dəfn olunacaq –  Cəsədi yandırılacaq
“O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır”


Fransa məhkəməsi (15-ci rayon tribunalı) Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyovun harada dəfn olunması barədə qərar çıxarıb. Rəssamın qızı Əsmər Nərimanbəyovanın APA-ya verdiyi məlumata görə, məhkəmə Toğrul Nərimanbəyovun həyat yoldaşının iddiasını təmin edib və mərhumun Parisdə dəfn olunması barədə qərar çıxarıb. Qızı bildirib ki, qərarla razı deyil və apellyasiya şikayəti verəcək.



 “Atamın həyat yoldaşının arzusuna əsasən Toğrul Nərimanbəyovun meyiti yandırılacaq (kremasiya) və külü torpağa tapşırılacaq. O məhkəmədə bildirib ki, atam müsəlman deyil, katolikdir və yandırılaraq, katolik kimi dəfn olunmalıdır. Lakin bu həqiqət deyil, atam müsəlmandır. İstəyirəm ki, o doğma Azərbaycanda dəfn olunsun”.



 Əsmər Nərimanbəyova bildirib ki, atasının ölüm faktı bir həftə gizli saxlanıb, bu isə Fransa qanunvericiliyinə görə kriminal faktdır: “Mərhumun qohumlarına dezinformasiya vermək, onları dəfnin harada keçiriləcəyindən xəbərsiz qoymaq üçün əllərindən gələn hər şeyi ediblər. Əsasən də, Sevil Nərimanbəyova bəyan edib ki, həyat yoldaşını Parisin mərkəzində, nüfuzlu məzarlıqda dəfn etmək istəyir. Lakin işdəki sənədlərə görə, o atamı Sant Luendə, Parisin 93-cü rayonunda dəfn etməyə hazırlaşır, bu isə heç də Parisin mərkəzi deyil”. 



Əsmər Nərimanbəyova bunu əsas gətirərək məhkəmənin qərarından şikayət verməyə hazırlaşır. 



 Xatırladaq ki, SSRİ və Azərbaycan respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 2-də 83 yaşında dünyasını dəyişib. Onun ikinci həyat yoldaşı rəssamın Fransada dəfn olunmasında israr edir, qızı isə buna qarşı çıxır və atasının Azərbaycanda dəfn olunmasını istəyir. Əsmər Nərimanbəyova bununla bağlı məhkəməyə müraciət edib. 


Teqlər:
Bu xəbər cəmi 3385 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR