Xəbər verdiyimiz kimi, iraqlı deputat Vian Dahil Twitterdə hesabında 512 rus və 200 azərbaycanlı qadının tutularaq həbsxanaya göndərildiyi haqda yazıb.
“Yenimeydan.info” Trend-ə istinadən xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev faktın araşdırıldığını bildirib.
Onun sözlərinə görə, bu cür bəyanatlar yeni deyil:
“Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyi vasitəsilə daimi olaraq İraqın müvafiq orqanları ilə bu məsələ üzrə təmasdadır”.