Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kərə yağı bir ay sonra ucuzlaşmağa başlayacaq...

Kərə yağı bir ay sonra ucuzlaşmağa başlayacaq...


Gömrük rüsumunun azaldılması barədə qərar qüvvəyə mindikdən sonra bazarlarda kərə yağının qiyməti 2 manat aşağı düşə bilər



Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldıldı. Bu qərar dərc edildiyi gündən (bu gündən) 30 gün sonra qüvvəyə minəcək və 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.



Qeyd edək ki, indiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və 3 dəfə azaldılıb.



Ekspertlərin fikrincə, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək. Hazırda bu təsirin nə qədər olacağı və nə zamandan etibarən bazarlarda öz əksini tapacağı cəmiyyəti  maraqlandıran əsas suallardan biridir.



Bu suala cavab tapmaq məqsədi ilə “Yeni Müsavat”ın müxbiri paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkib. Market rəhbərləri mətbuata danışmaqdan imtina etsələr də, məlumat üçün bildiriblər ki, qərar təxminən  1 ay sonra bazara təsir edə bilər. Çünki hələ ki, gömrük rüsumları ilə bağlı azalma tətbiq olunmağa başlamayıb.



Gömrük rüsumlarının azalmasının qiymətlərə nə qədər təsir edəcəyinə gəlincə, market rəhbərləri bildirdilər ki, bu rüsumların azalmasının necə hesablanmasından və həmin dövrə qədər yağın qiymətinin nə qədər qalxacağından  asılı olacaq.



Qeyd edək ki, marketlərdə kərə yağının qitymətində nə artım , nə də azalma müşahidə olunmur.  “Rahat” marketdə “Wellington” markalı kərə yağının 1 kiloqramı 17.96 manat, “West gold” kərə yağının 1 kiloqramı 18.38 manat, “Golden Kraun” yağının kiloqramı isə 17.96 manatdır. Almaniya istehsalı olan “Gerda” kərə yağının qiyməti isə 20 manatı ötüb, 20.95 manata satılır. “Sərfəli” marketdə isə qiymətlər bir qədər ucuzdur. Yeni Zellandiya kər yağı 16,35 manata satılır.



İqtisadçı ekspertlər isə kərə yağına tətbiq olunan gömrük rüsumlarının 3 dəfə azalması ilə bu məhsulun pərakəndə satış qiymətinin necə dəyişəcəyini hesablayıblar.



İqtisadçı ekspert Qubad İbadoğlunun hesablamasına görə, rüsum endirildikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər. O, hesablamanı belə əsaslandırıb: “Rəsmi məlumatlara görə, ölkəyə 1 kq Yeni Zellandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirildikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.



Araşdırmadan məlum olur ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Onlar arasında Yeni Zellandiya, Almaniya, Belarus, Finlandiya və Fransadan daha çox kərə yağı gətirilir. Azərbaycana gələn kərə yağının miqdarca 85 faizi Yeni Zellandiyanın, yerdə qalan 15 faizi isə 14 ölkənin payına düşür. Azərbaycana ən ucuz yağ Estoniyadan (1 kq qiyməti - 2,62 dollar), ən bahalı yağ isə Lüksemburqdan (1 kq qiyməti 10,18 dollar) idxal olunur. Yeni Zellandiya yağının 1 kq-nın idxal qiyməti 3 dollar 14 sent, hazırkı məzənnə ilə 5 manat 33 qəpik təşkil edir. Statistik xətaları korrektə etmək üçün cədvəldəki ən yüksək qiyməti və ən aşağı qiyməti kənarlaşdırıb, orta qiyməti hesablayarkən məlum olur ki, ölkəyə 1 kq kərə yağı orta hesabla 4 dollara və ya 6 manat 80 qəpiyə idxal olunur. Hətta ən aşağı və ən yuxarı qiymətləri kənarlaşdırmayanda belə 1 kq kərə yağının idxal qiyməti 4,32 dollara və ya 7 manat 34 qəpikdən baha olmur.



DGK 1 kq kərə yağının orta hesabla 5,2 dollara və ya 8 manat 84 qəpiyə idxal olunduğunu açıqlayıb. Ola bilər ki, DGK bu zaman həm də idxal rüsumları və əlavə dəyər vergisini (ƏDV) də həmin qiymətə daxil edib. Gəlin onu da hesablayaq. Metodoloji yanaşmaya görə, gömrük dəyərinin üzərinə rüsum əlavə olunandan sonra ona 18 faiz idxala görə ƏDV hesablanır. Belə olan halda 3,14 dollar və ya 5 manat 34 qəpik gömrük dəyəri olan Yeni Zellandiya yağı üçün əvvəlki qaydalara görə hesablanan 15 faiz gömrük rüsumu 80 qəpik edir, onu da əlavə edəndə gömrük dəyəri və rüsumlar birlikdə 6 manat 14 qəpiyə bərabər olur. Bu məbləğə hesablanan ƏDV 1 manat 10 qəpiyə bərabər olur.



Belə olan halda idxalatçı şirkət Yeni Zellandiya mənşəli kərə yağını gömrükdən 7 manat 24 qəpiyə (6 manat 14 qəpik + 1 manat 10 qəpik) çıxarmalıdır.  Gömrük rüsumu 15 faizdən 5 faiz endirildikdən sonra isə qiymətdə belə dəyişiklik baş verə bilər. Malın rüsumla birlikdə dəyəri 5 manat 60 qəpik, ƏDV hesablandıqdan sonra gömrükdən çıxış dəyəri 6 manat 61 qəpik olur. Göründüyü kimi, rüsumun 3 dəfə aşağı salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla 63 qəpik ucuzlaşa bilər. Bu isə o kərə yağının satışında qədər də böyük endirimə gətirib çıxarmayacaq. Hesab edirəm ki, 1 aydan sonra başlayan 50-60 qəpiklik ucuzlaşma qısa müddətli dövrdə müşahidə olunacaq və çox keçmədən qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq".



İqtisadçı ekspert Vüqar Bayramovun hesablaması isə fərqlidir. O, qərar qüvvəyə mindikdən sonra bazarlarda kərə yağının təxminən 2 manat ucuzlaşacağını bildirdi: “Rüsumun 3 dəfə və ya 10 faiz azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər. Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135.7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123.9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11.8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq bu halda Yeni Zenlandiyadan idxal edilən növündən asılı olaraq kərə yağının hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər”. Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər".



İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, bazarda yağın qiyməti 50 qəpik - 1 manat arası aşağı düşə bilər.



Görünən budur ki, kərə yağının nə qədər ucuzlaşacağı ilə bağlı iqtisadçılar arasında da birmənalı fikir yoxdur. Amma ucuzlaşma mütləq olacaq; nə qədər - bu sual altındadır.


Teqlər:
Bu xəbər cəmi 4200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR