Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məşhur teleaparıcı ANS-dən istefa verdi - Səbəb

Məşhur teleaparıcı ANS-dən istefa verdi -  Səbəb
“ANS” televiziyasının tanınmış aparıcısı Zəminə Əliyeva bu gün mətbuatda onun işdən ayrılması ilə bağlı yayılan xəbərlərə facebook hesabında cavab yazıb. “Qafqazinfo”nun məlumatına görə, “Doğruya Doğru” verilişinin aparıcısı adıçəkilən proqramın həqiqətən bağlandığını və lahiyənin başa çatdığını bildirib:


“Veriliş əslində bağlanırdı. Mən də əmək məzuniyyətinə çıxmaqla bağlı ərizə yazmışdım. Xəbərlərin baş redaktoru Murad Hüseynov mənə demişdi ki, layihə bitdiyinə görə əmək məzuniyyətinə çıxırsan, qayıtdıqdan sonra “Baş xəbərə” çıxacaqsan. Qəflətən ayın 15-də mənə dedilər ki, saat 1-də iclasda olmalısan. İclasa gələndə isə dedilər ki,  attestasiyadır, bilet paylanır.Mən də dedim ki, bu doğru deyil. Nazirlər Kabinetinin qərarı var ki, əvvəlcədən hazırlıq aparılmalı və bu barədə məlumat verilməlidir. Bu hüquqlarımızın pozulmasıdır və hər dəfə verilişində dövlət məmurlarını bu və ya digər sahədə hesabat verməyə məcbur edən bir şəxs kimi bunu özümə təhqir hesab edirəm və bu, tamamilə qanunsuzluqdur. Buna etiraz edərək, attestasiyada iştirakdan imtina edirəm. Ayın 17-də bunu mənə qarşı istifadə edərək, guya attestasiyaya etiraz kimi qəbul edərək , məzuniyyət haqqını ödəməkdən imtina etməklə, mənə 2 aylıq öz hesabıma məzuniyyətə göndərildiyim bildirildi. Mən isə bu barədə şirkətin prezidenti Vahid Mustafayevə və baş direktoru Mir Şahin Ağayevə yazılı olaraq bildirdim ki, mənim jurnalistika fakultəsini fərqlənmə ilə bitirməyim, rus və xarici mənbələrdən daima jurnalistika nəzəriyyəsi ilə bağlı öyrəndiklərim və nəhayət 11 ilik televiziya təcrübəm , ən məsuliyyətli işləri yeri gələndə mənə tapşırmalarınız attestasiyadan kənara çəkilməyimə əsas verə bilməz , əksinə uğurlu iştirakı təmin edər. Mən sadəcə oyuna etiraz edirəm. 



Qanuna gəldikdə isə üzr istəyirəm, əmək məcəlləsinin 66-cı maddəsində deyilir ki, hamilə qadınları attestasiya olunmur. Digər bir bənddə də deyilir ki, bir vəzifədə 5 ildən az olan, məcburi köçkün statusunda olanlara da attestasiya şamil olunmur. Layihə rəhbəri vəzifəsində isə 2 ilə yaxındır çalışıram. Bütün bunlar isə kimin haqlı olduğunu müəyyənləşdirmək üçün məncə yetərlidir. Mən yalnız inanclarıma , bu illər ərzində zəhmətimə təəssüf edirəm. Bu qədər”.



Qeyd edək ki, “ANS” televiziyasının vitse-prezidenti Mirşahin Ağayev mətbuata açıqlama verərək aparıcının işdən uzaqlaşdırılması ilə bağlı xəbərlərə münasibət bildirmiş və bunun yalan informasiya olduğunu qeyd etmişdi.


Teqlər:
Bu xəbər cəmi 1470 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR