Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bayrağımızın 99 yaşı...

Bayrağımızın 99 yaşı...


Sabir Rüstəmxanlı: “Üçrəngli bayrağımız 1988-ci il 18 noyabrda Azadlıq meydanında yenidən dalğalandırıldı”; Fərəc Quliyev: “Telekanallarda vətənpərvərliyin, bayraq sevgisinin aşılanmasında çoxlu boşluqlar var”



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Sübahir Qurbanovun dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə sevgisi üzə çıxıb. İntəhası generalın sevgisi dahi şairin qəzəllərinə, şeirlərinə vurğunluğunda ifadə olunmur. Məsələ burasındadır ki, generalın həbsindən sonra onun Bakının Əhməd Cavad, Səməd Vurğun, Üzeyir Hacıbəyov küçələrində və Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışlar aparılıb. Mənzillərdən  çoxlu sikkələr, bahalı qələmlər, xüsusi hazırlanmış şahmat və digər qiymətli əşyalar götürülüb.



9 noyabr Bayraq Günüdür. Bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il 9 noyabrda qəbul olunub. İlk dəfə üçrəngli dövlət bayrağımız 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırılıb. 1920-ci ilin 27 aprelinədək bu şəkildə olsa da, Azərbaycan SSR-nin qurulması ilə dövlət bayrağımız qırmızı rəngli oraq-çəkicli bayraqla əvəzlənib.



Bundan sonra ilk dəfə üçrəngli dövlət rəmzimiz 1990-cı il 17 noyabrda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı əsasında muxtariyyətin dövlət bayrağı kimi qəbul olunub. Bundan bir il sonra fevralın 5-də isə  Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu sərəncamdan keçən müddət ərzində bu gün hər il dövlət səviyyəsində yüksək şəkildə keçirilir.



Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük,  müasirlik və islamçılıq ” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.



Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın mavi rəngi - türklük, qırmızı - müasir cəmiyyət, yaşıl rəng - islamı tərənnüm edir.



Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.



Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.



Hər bir dövlət üçün onun milli bayrağının nə qədər önəmli olduğunu sözlə ifadə etmək çətindir. Hər bir xalqın da vətənini sevən öncül şəxsləri daim bayrağı sevməyi, onu qorumağı xalqına aşılayırlar...



Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı bildirdi ki, dövlət olsa da, olmasa da, hər bir xalqın bayrağı olur: “Bayraq bir dəstənin, ordunun, cəbhənin, xalqın və dövlətin rəmzidir, bir atribut, simvoldur. Qədim türk xalqları hər zaman səfərlərə gedəndə, yürüşlər edəndə bayraqla gedirdilər. Azərbaycanın hətta bütün xanlıqlarının bayrağı olub. Bu dəqiqə həmin bayraqların hamısı qorunur. 20 xanlıq olub, 20 dənə də bayraq var. Azərbaycanın 1918-ci ildə qəbul edilən üçrəngli bayraq bizim bəlkə də yüz illər boyu davam edən milli ideyamızı, Azərbaycan-türk ideyasını özündə birləşdirən bayrağımızdır. Bayrağımızdakı üç xətt bizi millət edən amillərin başında gəlir. Əslinə qalsa o bayraq Cümhuriyyətin süqutundan sonra 1988-ci ilin 18 noyabr mitinqində çıxarılıb. O zaman meydanda demişdim ki, bu bayraqdan başqa bütün bayraqlar yığışdırılsın. Ondan sonra bizim yürüşlərdə, mitinqlərimizdə bu bayraq böyüdü, qürur mənbəyimizə çevrildi. Bəzi idarələr hazırda o bayrağı asmırlar, amma unutmayaq ki, bütün dövlət qurumlarının qarşısında o bayraq dalğalanmalıdır”.



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bütün simvolların müqəddəs olduğunu söylədi: “Dövlət üçün bayraq çox müqəddəsdir, çünki onlar dövləti simvolizə edirlər.  Başımızın üzərində dalğalana bayraq haqqında Rəsulzadə demişdi ki, ”Bir kərə yüksələn bayraq bir kərə enməz". Bu fikir yüz il öncə deyilib. Rəsulzadə bilirdi ki, xalqımızda dövlət qurmaq mədəniyyəti var. Türk millətinin daim dövləti olub. Heç də xalqların hamısında bu hal yoxdur. Hərbidə bir qayda var idi, bayraq itəndə bütün hərbi hissəni buraxırlar. Hər kəs bayrağı başı üzərində sevə-sevə saxlamağı bacarmalıdır. Bizim millətin bayrağa hörməti yüksəkdir. Ötən ilin aprel savaşında hər evin eyvanından bayraqlar asıldı, avtomobillərdə bayraqlar gəzdirildi. Günün birində düşmən üzərinə getmək lazım gələrsə, bayraqları başımız üzərində tutmaq lazım olarsa, mən çox sevdiyim və güvəndiyim millətimizin o bayraqları başının üstündə tutacağına əminəm. İndiyə qədər bu halların çox şahidi olmuşuq. Amma telekanallarda vətənpərvərliyin, bayraq sevgisinin aşılanmasında çoxlu boşluqlar var. Bu boşluqlar doldurulsa, bayrağa sayğı daha da artar".


Teqlər:
Bu xəbər cəmi 2895 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR