Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan Texnologiya Universitetindən ağır ittihamlara - CAVAB

Azərbaycan Texnologiya Universitetindən ağır ittihamlara - CAVAB

Azərbaycan Texnologiya Universiteti təhsil müəssisəsinin əməkdaşı Azər Allahverdiyevin ittihamlarına cavab verib.


 


ATU-dan BakuPost.az-a daxil olan məlumatda bəzi əməkdaşların universitetdən niyə çıxarıldığına aydınlıq gətirilib:


 


"ATU Müştəriyə Yönəlmə Proqramını həyata keçirərək müasir təhsil prinsiplərinin tələblərinə uyğun olaraq universitet-sənaye əlaqələrinin nümunəvi modelini yaratmaqla ölkə iqtisadiyyatı üçün kadr hazırlığı işinə dəyərli töhfələr verib. Aparılan bütün bu islahatlar isə təbii ki, ilk növbədə sağlam, mütərəqqi, obyektiv və innovativ düşnücəli kadrlardan ibarət komandanın yaradılmasını şərtləndirir. Bu prosesin fonunda eyni zamanda universitetin əmək kollektivinin optimallaşdırılması aparılır, gənc mütəxəssislər işə cəlb olunur, yeni tələblərə uyğunlaşa bilməyən kadrlar isə əmək prosesindən kənarda qalır. 


 


Təəsüflə qeyd etmək istərdik ki, məhz obyektiv səbəblərə görə işdən kənarlaşdırılan həmin kadrların və universitetdə aparılan islahatların qarşısını almaq üçün onlara himayadarlıq edən qüvvələrin qərəzli yanaşması mətbuat orqanlarında universitetimiz haqqında qarayaxma kampaniyasının aparılmasına, bəzi reket saytların isə bu prosesdə şübhə doğuran fəallıq göstərməsinə səbəb olub.


 


Böyük hissəsi əsassız, bir qismi isə təhrifdən ibarət olan bu iddialara cavab olaraq bildiririk ki, ATU-da struktur islahatları Elmi Şuranın qərarları ilə yaranmış zərurətə əsasən aparılıb. Kadr islahatları Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən universitetin struktur bölmələrinin təqdimatı, əlaqədar komissiyalarının rəyi əsasında həyata keçirilib. Adları hallandırılan keçmiş dekanlardan Məsim Abadov öz ərizəsi ilə, Həsən Musayev isə müqavilə müddəti bitdiyi üçün işdən kənarlaşdırılıb. Professor Cahangir Hacıyev və keçmiş Dəftərxana müdiri Gülnarə Alışovanın əmək müqaviləsinə xitam verilməsi məsələsi bu şəxslərin müraciətinə əsasən məhkəmə tərəfindən araşdırılır və yekun qərar ancaq bu hakimiyyət orqanı tərəfində verilə bilər. Universitetin İdman mərkəzinin operatoru Azər Allahverdiyev isə sturktur rəhbərinin təqdimatı əsasında iş yerinə gəlmədiyi, vəzifə öhdəliklərini yerinə yetirməkdən aşkar şəkildə imtina etdiyi üçün Əmək Məcəlləsinin 70.ç maddəsi ilə işdən kənarlaşdılıb. Bu şəxs haqqında eyni zamanda indiyədək yığılmış xəbərdarlıq, töhmət və şiddətli töhmət, əmək intizamı və ictimai davranış normalarını pozaraq xanım əməkdaşlara qarşı xoşagəlməz rəftar etməsi ilə bağlı Etika komissiyasının təqdimatı mövcuddur.


 


Maliyyə məsələlərinə gəlincə, qeyd etmək lazımdır ki, Təhsil Qanununun 38.6 maddəsinə əsasən universitetdə ödənişli təhsildən əldə olunan büdcədənkənar vəsaitin xərclər smetasına uyğun sərf olunması ali təhsil müəssisəsinin rəhbəri tərəfindən Təhsil Nazirliyinin yazılı razılığı əsasında həyata keçirilir. Bu çərçivədə maaşların müəyyənləşməsi və ödənilməsi Elmi Şurada təsdiqlənmiş müvafiq qaydalara əsasən əməkdaşların elmi dərəcələri, peşəkarlıq göstəriciləri və faydalılıq əmsallarına əsasən diferensial qaydada aparılır. Müxtəlif bayram günlərində əməkdaşların mükafatlandırılması da əlaqədar struktur bölməsi rəhbərinin təqdimatı əsasında hər il həyata keçirilir. 


 


ATU-da Distant və qiyabi təhsil mərkəzinin, Davamlı inkişaf mərkəzinin fəaliyyətə başlaması da həm müasir dövrün tələbinə, həm də Təhsil Qanununa və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5-ci bəndinə uyğundur.


 


Universitetimizdə təhsilin dayanıqlı maliyyələşdirilməsi mexanizminin yaradılmasını təmin etmək üçün təsis edilən Davamlı inkişaf mərkəzinin təşkil etdiyi bütün kurslar, treninqlər, master-klaslara görə ödənişlər ancaq bank vasitəsilə universitet büdcəsinə aparılıb. Bu ödənişlərin çekləri isə həmin maliyyə əməliyyatlarında guya qeyri-şəffaflığın olması barədə iddiaların əsassızlığını ortaya qoyur. 


 


Haqqımızdakı əsassız iddialarla bağlı həmçinin deyə bilərik ki, Piri Axundov ATU-da Tədris şöbəsinin müdiri vəzifəsini daşıyır və onun tərbiyə işləri üzrə prorektor təyin olunması haqda heç bir əmr yoxdur. Davamlı inkişaf mərkəzinin dirketoru Fədai Əfəndiyev 2007/2017-ci illər Xaricdə təhsil üzrə Dövlət Proqramı ilə Malayziya Texnologiya Universitetində magistratura təhsili alıb, diplomu Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub. Onun ATU-ya işə qəbul olunması da sözügedən dövlət proqramının məzunu kimi Təhsil Nazirliyinin yazılı tövsiyəsi əsasında baş tutub. Ümumilikdə son 2 ildə ATU-da 54 nəfər gənc müəllim elmi-pedaqoji heyətin səralarına cəlb olunub. Aparılan ardıcıl işlərin nəticəsidir ki, universitetə tələbə qəbulu iddiaların əksinə olaraq ötən illə müqayisədə 22 faiz artıb. 


 


Ümumilikdə ATU-da həyata keçirilən bu işlər Təhsil Nazirliyi tərəfindən təhkim olunmuş kuratorlar tərəfindən müntəzəm olaraq izlənilir, zərurət hallarında müvafiq addımların atılması və ya qərarların verilməsi təmin olunur. 


 


Universitetimiz hazırda-qeyri neft sektorunun durmadan artan kadr tələbatına layiqli cavab vermək üçün var gücü ilə çalışır, mütəxəssis hazırlığını daha keyfiyyətli həyata keçirmək üçün bütün zəruri tədbriləri görür. Görülən təqdirəlayiq işlər müntəzəm olaraq müxtəlif KİV-lərdə işıqlandırılır. Bəzi media orqanları isə təəssüf ki, ATU-nun müasir reallıqlarına uyğun gəlmədiyi üçün işdən azad olunan və buna görə də qərəzli kampaniya aparan keçmiş əməkdaşların əlində alətə çevirlir. Həmin media orqanlarını ATU ilə bağlı hansısa məlumatı yayımlayacaqları zaman KİV haqqında Qanuna, jurnalistikanın mövcud qayda və etik normalarına uyğun davranmağa, dəqiqləşdirilməmiş iddiaları tirajlamamağa, təhqir və böhtanlara yol verməməyə çağırırıq”. 

Teqlər:
Bu xəbər cəmi 2160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR