Rusiyanın Amur vilayətində təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional xidməti məlumat yayıb.
Məlumata əsasən, AN-2 tipli təyyarə sərt eniş edib və yanmağa başlayıb. Qəza nəticəsində pilotlardan biri həlak olub. Digəri isə ağır vəziyyətdədir. Hadisə baş verən zaman göyərtədə sərnişin olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.