Səudiyyə Ərəbistanında rüşvət və vəzifəsindən sui-istifadə etməkdə günahlandırılan 11 şahzadə və bir neçə nazir həbs edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kral Salman bin Əbdüləziz ölkədə rüşvətxorluğun araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə Komitəsinin qurulması üçün fərman imzalayıb.
Şahzadələr qanunsuz silah-sursat müqavilələrinin imzalanması, çirkli pulların “yuyulması” və s. əməllərdə ittiham edilirlər.