Türkiyə sahillərində 3,7 bal gücündə zəlzələ baş verib.
“Yenimeydan.info” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji xidməti məlumat yayıb.
Yeraltı təkanlar Marmaris şəhərindən 22 km qərbdə, 9 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.