Xəbər verdiyimiz kimi, dünən Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon istefa verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun yerinə Qevin Uilyamson təyin edilib.
Qeyd edək ki, Fellon 15 il öncə bir tədbirdə dəfələrlə radio aparıcısı Culiya Hartli-Bereverin dizlərinə toxunub. O, həmin hərəkətindən sonra aparıcıdan üzr istədiyini deyib.
Hadisənin ortaya çıxmasından sonra Fellon təcavüzdə ittiham edilmişdi.