Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məhbusların intim həyatı necə təmin edilir? - Xüsusi otaqlar var imiş

Məhbusların intim həyatı necə təmin edilir? - Xüsusi otaqlar var imiş

Məhbus həyatı yaşayan şəxslərin qohumları ilə görüşü, onların intim həyatı necə tənzimlənir?


 





Son günlər mətbuatda geniş müzakirələrə səbəb olan məhbusların qaçışı bir sıra mövzuları yenidən gündəmə gətirib. Təqsirləndirilən şəxslərdən biri müğənni Fədayə Laçının ilkin ifadəsində məhbuslardan biri "Qoca" ləqəbli Etibar Məmmədovla qatarda görüşdüyünü deməsi müəyyən suallar yaradıb.



Femida.az bununla bağlı araşdırma aparıb. 



Mövzu ilə bağlı sualları cavablandıran vəkil Asif Abdullayev bildirib ki, məhkumların görüşü və digər hallar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində öz əksini tapıb. Məcəllənin 81 –ci maddəsində məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşündən bəhs olunur.





 





“ Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli görüşlərlə əvəz edilə bilər. Həmçinin məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır.”



Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respubliksının Qaununda qeyd olunur ki, həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə istintaq təcridxanalarında saxlanılırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqlarından biri də Daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etməkdir.

Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər zamanı Daxili intizam qaydalarını pozduqda görüşlər vaxtından əvvəl dayandırıla bilər və bu halda həmin fakt protokollaşdırılmalıdır.



Mövzu ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Mehman Sadıqov Femida.az-a ətraflı məlumat verib.











Cəzaçəkmə müəssələrində qanunla nəzərdə tutulmuş qaydada məhbuslar ən yaxın qohumları və onlar üçün maraq doğuran şəxslərlə qısa və uzun müddətli görüşlər nəzərdə tutulur. Bildiyimiz kimi cəzaçəkmə müəssələri müxtəlif rejimlidir. Ümumi, ciddi və xüsusi rejimli.Ümumi rejimli cəzaçəkmə müəssələri də iki növdədir. Az ağır cinayət törətmiş şəxslər və ağır cinayət törətmiş şəxslər üçün.Eyni zamanda bizdə həbsxanalar var. Orada cəza çəkən hər bir şəxsin qısa və uzun müddətli görüş hüququ var. Rejimdən asılı olaraq bu görüşlərin müddəti də fərqlidir.” 





Məhkumların intim görüşü zamanı hər hansı bir tələb varmı? Bu necə həyata keçirilir?





Şöbə rəisinin sözlərinə görə, əgər məhkumun arvadı, yaxud əri görüşə gəlirsə, nikah haqqında şəhadətnaməni təqdim etməlidir. Həmin nikah haqqında şəhadətnamə əsasında görüşə icazə verilir. Qanunla görüşün müddəti 3 günə qədər nəzərdə tutulub. Bunun üçün onlara görüşmək üçün xüsusi əşyalarla, şəraitlə təmin olunmuş otaq ayrılır. Həmin otaqda yataq dəsti, soyuducu,mətbəx mebeli və digər zəruri əşyalar nəzərdə tutulub.



Bəs, sevgililərin həbsxanada görüşməsinə icazə verilirmi?



Şöbə rəisi buna həbsxanalarda icazə verilmədiyini bildirib.



Homoseksualların cəzaçəkmə müəssələrində cinsi tələblərini yerinə yetirmək üçün əlavə şərait varmı sualına Mehman Sadıqov belə cavab verib:



“Qanunvericilikdə nəzərdə tutulduğu kimi kişilər onlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssələrində, qadınlar da onlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssəsində cəzalarını çəkir.Sizin qeyd etdiyiniz suala cavab olaraq bildirim ki, homoseksualların şəxsi istəkləri üçün qanunda əlavə hal nəzərdə tutulmayıb. Onlar həmcinsləri ilə eyni cəzaçəkmə müəssələrində cəzalarını çəkirlər.”


Teqlər:
Bu xəbər cəmi 4270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR