Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən məktəb direktoru barəsində cinayət işi başlanıb.
“Yenimeydan.info” APA-ya istinadən xəbər verir ki, faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur. O müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.