Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hakimiyyətin taleyi bu gün İrlandiyada həll olunur

Hakimiyyətin taleyi bu gün İrlandiyada həll olunur
“Böyük səkkizlər”in Belfast toplantısında Azərbaycan məsələsi Novruz Məmmədovun “başda böyük dövlətlər də olmaqla, üçüncü dəfə prezidentliyə namizədliyə razılıq veriblər” bəyanatının pərdəarxası; Obama Putini yola gətirə biləcəkmi?


rezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “başda böyük dövlətlər də olmaqla, İlham Əliyevin üçüncü dəfə namizədliyinə razılıq veriblər” bəyanatının pərdəarxası barədə yeni bilgilər əldə etmişik. PA rəsmisinin ötən həftə səsləndirdiyi bu cür açıq bəyanatına başı Milli Şuranın vahid namizədinin müəyyənləşməsinə qarışan müxalifət, nədənsə, partiya funksionerləri səviyyəsində reaksiya verməklə kifayətləndi.



N.Məmmədovun bəyanatını ciddiyə almayan müxalifət onun dünyadakı proseslərdən xəbərsiz olduğunu, hətta bu cür açıq bəyanatla...blef etdiyini dedi. Novruz Məmmədovun məlum bəyanatı isə bu cür idi: “Beynəlxalq imicə qalsa, bəzi inkişaf etmiş Avropa dövlətlərində vəziyyət daha ciddidir. Bu baxımdan üçüncü prezidentlik müddəti ilə bağlı heç bir problem ola bilməz və bu, artıq həll edilmiş məsələdir... İkincisi, başda bütün böyük ölkələr olmaqla, bu məsələyə özlərinin tam razılıqlarını veriblər”...





Əldə etdiyimiz məlumata görə, bu gün Şimali İrlandiyanın paytaxtı Belfastda öz işinə başlayan “Böyük səkkizlər” in sammitində (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Rusiya və Yaponiya) Azərbaycandakı prezident seçkiləri ilə bağlı ciddi qərar və anlaşma olmalıdır. Əlbəttə, burada əsas oyunçu dövlətlər -ABŞ, Rusiya və Fransa, qismən Böyük Britaniya, nəhayət, Almaniyadır.

Hələ bir neçə ay əvvəl “Yeni Müsavat” belə bir məlumat əldə etmişdi ki, oktyabr seçkiləri ilə bağlı ən mühüm gəlişmə ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə iyunda keçiriləcək “G-8" sammitində olmalıdır. Amma o zaman hələ YAP İlham Əliyevin üçüncü müddətə namizədliyini verməmişdi, müxalifət isə Milli Şuranın yaradılması istiqamətində ilk müzakirələrə başlayırdı. Bu səbəbdən hakimiyyət daxilindən ötürülən xəbərə soyuq yanaşdıq və dərc etməyi ertələdik. Bundan sonrakı proseslər - YAP-ın tələsik qurultayı, partiyanın siyasi vitrinində ciddi dəyişiklik, ABŞ başda olmaqla Qərb ölkələrinin üçüncü müddətə ”0"(“sıfır”) reaksiyası və nəhayət, N.Məmmədovun bu cür açıq mesajı əslində həmin xəbərin səhih olduğunu təsdiqlədi.

Qaynağın dediyinə görə, iqtidar sammitdə iki və üçtərəfli müzakirəyə çıxarılacaq Azərbaycan məsələsinə o dərəcədə ciddi önəm verir ki, üzv ölkələrin bir sıra diplomatları ilə gündəlik təmasdadırlar. Bu sırada xüsusən Fransa ilə əlaqələrə və onların diplomatları ilə işbirliyinə üstünlük verilir. Məlumdur ki, Fransa Heydər Əliyev zamanından hakimiyyətə ciddi dəstək verir. Bu seçkidə də onların seçiminin İlham Əliyev olacağı sübhə doğurmur. Fransa Qarabağ məsələsində Ermənistanın daha ciddi dəstəkçisi olsa da, Əliyevlərin hakimiyyətdən getməsini birmənalı istəmir.

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov ACP lideri Rəsul Quliyevin ciddi dəstəyi və təşkilatçılığı ilə ABŞ-da yüksək səviyyədə qəbul edilsə də, Ağ Evin demokratik qüvvələrin hakimiyyətə gəlməsinə isti münasibəti sezilmir, əksinə, bu seçimin daha çox İlham Əliyev olduğuna işarələr var. Obama administrasiyası nə qədər gizlətməyə çalışsa da, Azərbaycanla münasibətlərdə enerji məsələsi həmişəki kimi yenə öndədir və bu seçki ilində də Ağ Evin siyasətində ciddi dəyişiklik nəzərə çarpmır.

Nəhayət, Azərbaycandakı seçkilərin taleyinə ciddi ölçüdə təsir edəcək əsas ölkə - Rusiya... Məlumatlara görə, Rusiyanın ABŞ-la oktyabr seçkiləri ilə bağlı anlaşdığı barədə mətbuatda səslənən iddiaların ciddi əsası yoxdur. Hakimiyyətin daxilindəki ciddi narahatlığın da əsas səbəbi Rusiyanın hələ ki, bu məsələdə razılığa gəlməməsidir. Rusiya sanki hakimiyyətin əsəblərinin nə dərəcədə möhkəm olduğunu yoxlayırmış kimi davranır.

Bu sammitdə ABŞ prezidenti ilə Vladimir Putinin ciddi fikir ayrılığına səbəb olacaq mövzulardan birinin də Azərbaycan məsələsinin olacağı gözlənilir. Çünki Amerika bu seçkidə təşəbbüsü ələ almış kimi görünür və bu durum Kremli bərk qıcıqlandırır. Üstəlik, seçki ilində hakimiyyətin ABŞ-dan dost, Rusiyadan isə “xoxan” obrazı yaratmaq cəhdi Putinə, yumşaq desək, xoş deyil.

Hakimiyyət sammit ərəfəsi Rusiyanın nəbzini yoxlamaq üçün öz mənbələrini işə salsa da, Kremldən “yüz faiz əminliklə” yalnız bir cavab ala bildi. “Yalnız yüz faiz əminliklə onu deyə bilərəm ki, Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər”, - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri “G-8" sammiti çərçivəsində üç sənəd imzalamağı planlaşdırır. Bundan başqa Barak Obama, Vladimir Putin və Fransua Olland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edəcəklər.

Hakimiyyət məsələsində Rusiyanın sərt mövqeli prezidenti Putini yola gətirmək o qədər də asan işə oxşamır. Hakimiyyətə yaxın daha bir mənbənin iddiası da maraqlıdır. “Bu sammitdə Rusiya razılığa gəlməsə, rəsmi Bakı Kremlə sərt ritorikasını göstərməkdə qərarlıdır və bu, Azərbaycandakı vəziyyəti gərginləşdirə bilər”, - deyə mənbə bildirib.

Avropa Birliyinin Bakıdakı diplomatlarından birinin ehtiyatsız etirafına görə, “G-8" sammiti hakimiyyət üçün həyati dərəcədə önəmlidir və ”razılıq olsa, qarşılarında durmaq çətin olacaq". Diplomat “çətinlik” deyərkən, Qərb institutlarını, yoxsa əvvəlki seçkilərlə müqayisədə ciddi fərqlə önə çıxmış müxalifəti nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Hər halda məsləhətdir ki, müxalifət də bu sammiti öz kanalları vasitəsilə izləməyə çalışsın. Heç olmasa, N.Məmmədovun blef etdiyini, yoxsa həqiqəti söylədiyini öyrənmək üçün...


Teqlər:
Bu xəbər cəmi 1635 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR