Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilib. Hazırda bu qanuna əsasən, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz.
Bu müddətin bitməsinə 1 saat qalmış İnzibati Xətalar Məcəlləsiin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İXM-nin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati protokol tərtib edilir, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.
Qanuna görə, 24 saatın bitməsinə 1 saat qalmış İXM-nin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-ə əsasən, inzibati məsuliyyət cəlb edilməsi, cərimənin məbləği barədə ödənişsiz SMS məlumatı göndərilir.
Ona görə qanuna “24 saat müddəti bitdikdən sonrakı 1 saat ərzində” sözləri əlavə edilib.
Qanun layihəsinə dəyişiklik səsə qoyularaq qəbul edilib.