Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanlı jurnalist yazdı: Ərdoğan tarixə düşmək şansını əldən verdi

Azərbaycanlı jurnalist yazdı: Ərdoğan tarixə düşmək şansını əldən verdi
Arif Əliyev


İstanbul axşam saat 9 olduğunu indi tava, qazan səslərindən bilir. Taksim meydanından çəkilmiş etirazçılar həmrəylik nümayişinin başqa formasını seçiblər: hərə öz evinin pəncərəsinin önünə çıxıb eyni vaxtda tava-qazan dibi döyəcləyir.



İlk vaxtlar etiraz həm məzmununa (“Gezi parkından əlinizi çəkin!”), həm də yerinə görə (Taksim meydanı) lokal xarakter daşıyırdı. Onun məcrasından çıxmasında baş nazir Ərdoganın rolu böyük oldu: güc işlətdi – başqa şəhərlər də coşdu, siyasi şüarlar (“İstefa!”) qaldırıldı; mitinqçiləri “marginallar” (sosial status mənasında: həddini aşanlar, avaralar) adlandırdı – sənətçilər, ictimai fiqurlar ön cərgəyə çıxdılar; “çapulcular” (yəni soyğunçular) dedi – “Mən hər gün çapulcuyam” plakatları paytaxtı bürüdü, internetdə “Çapulcu TV” yayıma girdi, Türkiyənin məşhur müğənniləri “Çapulcuların marşı”nı ifa etməyə başladılar.



Türkiyə hakim dairələrinin bu gün ən çox çalışdıqları iş kütlənin ehtirasını yatırmaq, qarşıdurmanın dərinləşməsinə yol verməməkdir. Tez-tez təkrarladıqları fikir isə bu qarşıdurmanın yaradılmasında və kəskinləşməsində kənar qüvvələrin, Türkiyənin xeyrini istəməyən dairələrin maraqlı olmasıdır. Əlbəttə, belə qüvvələr var və onların canfəşanlığı şübhəsizdir. Amma cəmiyyətin içindən gələn bir etirazın, narahatçılığın olduğunu da inkar etmək nə dərəcədə düzgündür? Ankarada, İzmirdə, Adanada, onlarla başqa şəhərlərdə ki, Gezi parkı yoxdur! Əvəzində bənzər problemlər, eyni əndişələr var. İllərlə enerji toplayan xalq narazılığı dalğası özünəvurğunluq mərəzinə yoluxmuş rəhbərin sərt saymazlıq qayasına çırpılanda belə kükrəyir! Prezident Gül bunu görür, səlahiyyətləri və məsuliyyəti ondan da böyük olan baş nazir Ərdogan isə hələ də görməzliyə vurur.



Türkiyə hadisələri göstərir ki, ölkənin iqtisadi inkişafının təminatı, beynəlxalq nüfuzunun artması hələ rəhbər üçün günahsızlıq indulgensiyası deyil. Cəmiyyət, onun çeşid-çeşid azlıqlara bölünmüş, birləşəndə isə çoxluq təşkil edən hissəsi səsinin eşidilməsini, hüquqlarının tapdanmamasını istəyir. Ərdoganın imkanı var idi ki, gördüyü işlərlə adını Türkiyənin tarixinə, ən azı, Turqut Özal qədər parlaq hərflərlə həkk etsin. Mənə elə gəlir ki, ölkənin 25-ci baş naziri Rəcəb Teyyub Ərdogan “Gezi krizi”ndə tutduğu mövqeyi, davranışı və etirazçılar barədə işlətdiyi ifadələrlə bu imkanı əldən verdi.



Başqa dövlətlərin rəhbərlərinin başına ağıl qoyan, Afrika və Ön Asiya ölkələrinin liderlərini xalqla münasibətlərini düzgün qurmağa, narazıların istəklərinə diqqət yetirməyə çağıran türk başbakanının məsləhətlərini indi “həmkarları” onun özünə qaytarırlar. Nə yaxşı ki, Türkiyənin demokratik ənənələri var və bu ənənələr «ərəb baharının» soyuq küləklərinin qarşısını sipər kimi kəsə bilir! 



Ərdogan küçədəki mitinqləri 24 saat içində dağıtmaq əzmində olduğunu göstərir. Əslində o, bu nümayişləri bir saata da dağıda bilər. Amma bunun üçün xalqla, hətta onun, öz ifadəsi ilə desək, “sidik kokuyan” hissəsi ilə də başqa dildə danışmaq lazımdır.



Görünür, hakimiyyət koridorlarının havasında həqiqətən hansısa ekzotik bir virus var. Bu havayla çox nəfəs alanda (bir qayda olaraq, on ildən artıq) virus aktivləşir və daim adamın qulaqlarına millətin alqış səsləri gəlir. Heç lider özü də hiss etmir ki, bu səslər nə zaman tava çalan xalq orkestrinin sədaları ilə əvəzlənir.

("Azadlıq" radiosu)


Teqlər:
Bu xəbər cəmi 1005 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR