Türkiyə ordusunun Şimali İraqda separatçı PKK terrorçularına qarşı əməliyyatı davam edir.
“Yenimeydan.info” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 oktyabrdan etibarən davam edən əməliyyatlarda Zap bölgəsində terrorçulara ağır zərbələr vurulub.
Türkiyəli əsgərlər Kokozer dağında nəzarəti tamamilə ələ keçiriblər və Türkiyə bayrağını sancıblar.
Qeyd edək ki, 25 oktyabra qədər 72 terrorçunun məhv edildiyi açıqlanmışdı.