Zərdabda son günlər mətbuatda barəsində çoxsaylı yazılar dərc olunan 14 yaşlı qız İnternata yerləşdirilib. “Qafqazinfo”nun məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Allahverdi Səfərov APA-nın yerli bürosuna bildirib ki, bəzi media orqanlarında Zərdab rayonunun Alcanlı kənd sakini, 1999-cu il təvəllüdlü Lalə Rzayevanın əxlaqsızlıq etdiyinə görə kənd sakinləri tərəfindən kənddən qovulması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı araşdırma aparılıb: “Hətta həmin qız tibbi müayinədən keçirilib və onun bakirə olduğu müəyyənləşib
A.Səfərov qeyd edib ki, L.Rzayeva indi Gəncə şəhərindəki internatda yerləşdirilib. Onun dediyinə görə, buna səbəb yeniyetmənin himayəsində qaldığı baba və nənəsinin maddi cəhətdən imkansız olmasıdır: “Biz o qızla söhbət etdik. Özünün bizə dediyinə görə, özü internatda yaşamağa razılıq verib”.
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda bir qızın Zərdab rayonunun Alcanlı kəndindən qovulması barədə xəbərlər dərc olunub. Xəbərlərdə bildirilib ki, qızın kənddən qovulmasına səbəb onun əxlaqsızlıqda ittiham edilməsidir.