Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Lənkəranskinin sərvəti Lotu Quliyə verildi - İlginc iddia

Lənkəranskinin sərvəti Lotu Quliyə verildi - İlginc iddia


22 illik həbsdən sonra oktyabrın 24-də azadlığa buraxlan qanuni oğru Lotu Qulinin (Nadir Səlifov) gələcək fəaliyyəti ilə bağlı ilginc iddialar irəli sürülür.



YENIMEYDAN.info-nun xəbərinə görə, Rusiya mətbuatı hazırda İstanbulda olan Lotu Qulinin yaxın zamanda kriminal dünyanın ən yuxarı eşalonuna rəhbərlik uğrunda mübarizəyə başlayacağını yazıb.



Mətbuatın yazdığına görə, oğru aləminin yuxarı eşalonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər "ümidlə” baxılıb. Bunlar Şakro Molodoy və Yaponçik olub. Bəzi ekstrasenslər iddia edib ki, Yaponçik Amerikada həbsdə yatdığı zaman onun yaddaşı silinib. Şakro isə İspaniyada uzunmüdətli həbsdən sonra Rusiyaya qayıtsa da azadlıqda çox qalmayıb və yenidən həbsə göndərilib. Beləliklə, öz zamanında nə Yaponçik, nə də Kürd Şakro oğru aləminə rəhbərliyi birbaşa ələ ala bilib. Lotu Qulini isə onların hər ikisindən daha bir üstün cəhəti var- gəncliyi, 45 yaşındadır. Üstəlik Rövşən Lənkəranskinin qətlindən sonra onun olan bütün sərvət Şakronun və Cvanqveladzenin bütün etirazına baxmayaraq Lotu Qulinin ixtiyarına verilib. Etiraz edən isə ancaq Rövşənin yaxın qohumu Zaur Əhmədov olub. O, indi də Quli ilə "müharibə vəziyyətindədir”.



Quli azadlığa çıxdıqdan dərhal sonra Peterburqda onun dostu Elşən Məmmədovun ehtimal edilən qatilləri saxlanılıb. Saxlananlardan biri də Zaurun doğma qardaşı Emin idi. Beləliklə, Zaur Lotu Quliilə mübarizə meydanında təklənmiş durumdadır.



Xatırladaq ki, Lotu Quli 2000-ci ildə Raul və Şirəli Aslanov tərəfindən "taclandırılıb”.



Ancaq indi Lotu Qulinin daha bir problemi var. Ətrafındakı azərbaycanlı oğrular bir-biri ilə yola getmir. Son illər azərbaycanlı oğrulardan heç bir öz əcəli ilə ölməyib. Onlardan ancaq Vaqif Lotu Qulinin ünvanına tənqid səsləndirməyib.



İndi bir çoxları Kürd Şakronun Lotu Quli ilə münasibətlərini izləyir.



Ekspertlər bildirir ki, yaxın zamanda kriminal aləmin ən qaynar nöqtəsi Abxaziya olacaq. Orda Lotu Qulinin Pıza ilə yekunlaşmamış söhbəti var. İndi bir çoxları Kürd Şakronun Lotu Quliilə münasibətlərinin necə olacağını izləyir.



Onların ikisinin əməkdaşlığı barədə heç bir məlumat yoxdur, ancaq düşmən olmaları ilə bağlı da məlumat verilmir. Onların arasında heç bir ünsiyyətin olmadığı deyilir. Şakro daha çox Rövşənə "stavka” edib və bunu ancaq ona görə edib ki, Rövşən azadlıqda olub. İndi isə Şakro özü həbsdə, Lotu Quli azadlıqdadır. İndi ikisi arasında "körpü” rolunu Kaxa Parpaliyanın oyanayacağı deyilir. Ancaq bu körpü yox, dava da ola bilər. Şakronun ətrafından ancaq Kaxa Lotu Quli ilə mübarizə edəcək səviyyədədir.



Məlumdur ki, Lotu Quli öz klanını yaradacaq. Bu klanın milliyyət, yoxsa ərazi prinsipi ilə yaranacağı hələlik məlum deyil. Hazırda Qulinin ətrafında qardaşı Namikdən başqa bu şəxslər var - Puxliy, Kuner, Nika, Qoca, Maçi, Merab Pipiya. Məhz onlar klanın özülünü təşkil edəcək. Klana 2015-ci ildən Şakronun qadağa siyahısına düşən şəxslərin da qəbulu gözlənilir. Lotu Qulinin həmin şəxslərə qoyulan qadağanı götürmək üçün Kürd Şakronun azadlığa çıxacağını gözləyəcəyini düşünmək əbəsdir. Rəşad və Roma Stavropolskinin adı bu sırada ilk çəkilir. Hər iki şəxs Şakronun qadağasına baxmayaraq Lotu Quli tərəfindən oğru adandırılıb.


Teqlər:
Bu xəbər cəmi 3910 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR