Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“38 yaşıma gəldim, sayılı günlərim qalıb...”

“38 yaşıma gəldim, sayılı günlərim qalıb...”
Millət vəkili, Dr. Qənirə Paşayevanın yeni çapdan çıxmış “Məndən sonra…”(Özümə yolçuluq) adlı yeni kitabının təqdimatı olacaq.

“Yenimeydan.info” xəbər verir ki, Qənirə Paşayeva kitabın satışımdan gələn gəliri ailə başçısını itirmiş və çox ağır vəziyyətdə yaşayan çoxuşaqlı bir ailəyə bağışlayıb.


 


İyunun 20-də Park Bulvarda (Əli və Nino kitab mağazaları şəbəkəsində) saat 19.00 da keçiriləcək imzalanma mərasimində bütün kitabsevərləri gözlədiyini deyən millət vəkili Qənirə Paşayeva kitabın oxucuların xoşuna gələ biləcəyinə ümid etdiyi deyib. Kitabın onun üçün çox əziz bir tarix 26 İyun üçün bir hədiyyə olduğunu deyən millət vəkili Qənirə Paşayevanın “Məndən sonra…”(Özümə yolçuluq) kitabının annotasiyasında belə deyilir: ”Anlamaq istəyən hər kəsə acıqdı səhifələri bu kitabın. Bu kitab bir millət vəkilinin, siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, “O”nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun kitabıdır”. Kitabda millət vəkili Qənirə Paşayevanın müxtəlif vaxtlarda yazdığı məqalələr, hekayələr, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri öz əksini tapıb. Kitabın arxa qabığına millət vəkili Qənirə Paşayevanın bu fikirləri öz əksini tapır:” 38 yaşıma çatdım...Yaşlanmaqdan qorxmadım heç zaman. Məni bu 38 ildə ən çox üzən ən azı 38 dəfə insanlığın ölümünün şahidi olmam oldu... Xocalıda, Serebrenitsada, Ruandada, Somalidə, Əfqanıstanda, Çeçenistanda, Qəzzada, Myanmarda, İraqda, Suriyada.... Uzun bir siyahıdı. Günahsız insanlar, günahsız axan qanlar... Torpaq qandan, gözyaşından doydu, göylər ah-nalədən. Bir tək insan doymadı, yorulmadı insanlığı öldürməkdən, qətl etməkdən... Nə qədər acı olsa da İnsan hər gün bir az daha çox insanlığın qatilinə çevrildi. Sevgi getdikcə daha da azalır, nifrət çoxalır. Heç kəsin əbədi olmadığı, ölümün hər kəs üçün var olduğu bir dünyada nədir görəsən insanın insanlıqla dərdi ki onu getdikcə daha çox öldürür? İndi bu suala daha çox cavab axtarıram. İnsanı daha yaxından tanımaq istəyirəm. Elə özümü də... Bəlkə bizim hamımızın əslində özümüzə yolçuluğa çıxma zamanımızdır? Bəlkə özümüzə yolçuluğa çıxmaqla bir çox suallara cavab tapa bilərik? Bəlkə insanlığı bu yolla xilas edə bilərik? Bilmirəm... Sadəcə onu bilirəm ki insanlıq faciəsi yaşayan dünyada yaşamaqdan deyəsən yorulmuşam. Hər gün televiziya ekranlarından seyr etdiyim, mətbuat səhifələrindən oxuduğum dünyadan sözün gerçək mənasında utanıram.


 


38 yaşıma gəldim. Bəlkə də bu dünyada sadəcə sayılı günlərim qalıb və özümə yolçuluğa çıxmağa çox gecikmişəm... Bilmirəm... Bunu sadəcə böyük Yaradan bilir. Amma ən azı bəzi suallarıma cavab tapa bilmək, özümü xilas edə bilmək və insanlıq adına özümə yolçuluğa çıxdım. Bu yolda insana var-dövlət, şah-şöhrətin yoldaşlıq etməsi mümkün deyil. İzn verilmir... Bu yolda sadəcə 3 yoldaşla yolçuluq mümkündür. Sevgi, anlayış və səmimiyyət...


 


Gec oldu amma yola çıxdım...


 


Bir insanı xilas edən insanlığı xilas edərmiş..


 


Özümdən başladım..


 


Əslində hamımız özümüzü xilas etsək insanlığı tamamilə xilas edə bilərik...


Sizcə gecikmirikmi?


 


İmzalanma mərasiminə arzu edən hər kəs dəvətlidir.

Teqlər:
Bu xəbər cəmi 1880 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR