Üzərində erməni bayrağı olan maşını Bakıya "Mercedes Benz" gətiribmiş - VİDEO
Üzərində Ermənistan bayrağını daşıyan avtomobillər Azərbaycanda satılır. Bakıda üzərində Ermənistan bayrağı olan avtomobillə bağlı yeni məlumatlar ortaya çıxıb.
Sözügedən bayrağın Ermənistan bayrağı olduğu faktı müəyyənləşib. Avtomobil sürücüsü DYP-yə açıqlamasında bildirib ki, üzərində Ermənistan bayrağı olan avtomobili Bakıdakı avtosalonlardan birindən alıb. Nəticədə "Euro motor scars” şirkətinə məxsus, üzrərində Ermənistan bayrağı olan avtombillərin Azərbaycanda satılması faktı orataya çıxıb.
Bu məsələ ilə bağlı Metbuat.az "Mercedes-Benz"in Azərbaycan ofisi ilə əlaqə saxlamağa çalışıb. Amma...
Bakı Şəhər Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ikinci açıqlamasında bunu təsdiq edib: "Maşını Azərbaycandakı"Mercedes Mərkəz"dən alıb. "Mercedes-Benz"in Azərbaycan ofisi ilə məsələni dəqiqləşdirmək lazımdır"./Avtosfer.az
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.