Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) Bakıda olan nümayəndə heyətini qəbul edib. Modern.az bildirir ki, görüşdə “AzerRos”un vitse-prezidenti Mehriban Sadıqova, təşkilatın regional məsələlər üzrə vitse-prezidenti Rafael Babayev və qadınlar şurasının sədri Tamilla Şıxməmmədova iştirak edib.
Səfirə təşkilatın bu günlərdə açılşını etdiyi “Dostluq” beynəlxalq uşaq yay düşərgəsi barədə məlumat verilib.
Bundan başqa Doroxinə “AzerRos”un sədrinin və Ağsaqqalar Şurasının fəaliyyəti, təşkilatın həyata keçirdiyi və planlaşdırdığı layihələr barədə ətraflı məlumat verilib. Onlar bildiriblər ki, “AzerRos”un fəaliyyəti Rusiya və Azərbaycan arasında döstluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına böyük töhfələr verir.
Səfir Doroxin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə humanitar layihələr xalqlar arasında münasibətləri daha da irəli aparır.
“Bu baxımdan sizin gördüyüünz işlər çox mühümdür. Bu fəal humanitar əlaqələr hər iki ölkə arasında olan çoxcəhətli əlaqələrə müsbət təsir göstərir”-deyə səfir vurğulayıb.